Maraqlı

Nano ayaqqabılar ağcaqanadların "kökünü kəsəcək"

23 Aprel 2018 22:55
1 Şərh     Baxış: 1 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir növ nano ayaqqabı funksiyası yerinə yetirən və ağcaqanadların ayaqlarına yapışan bakteriya, ağcaqanad yuvalarına qayıtdığında maye ilə təmas etmələri halında bütün bir yuvaya yayılaraq sürfələrin inkişafını dayandırır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, kimyəvi silahları xatırladan bu üsul ilə insan, heç bir zəhmət çəkmədən yalnız bir neçə ağcaqanadı bu tələyə doğru yemləyərək, böyük bir koloniyanı yox edə biləcək texnologiyanı yaratdı. Təməl prinsip olaraq bu növü tələyə salan bakteriya yerləşdirilir və toz halındakı bu bakteriya, yemini almaq üçün gələn ağcaqanadın ayaqlarına yapışır. Arılar və polen əlaqəsinə bənzər şəkildə bu sistem, əsas olaraq ağcaqanadlar yuvalarına çatdığında vəzifəsini yerinə yetirməyə başlayır.

Ağcaqanadın ayaqlarına yapışan nano texnologiya məhsulu toz quruluş, su içində həll olaraq bir anda bütün koloniyaya təsir etməyə və sürfələri öldürməyə başlayır. Fikrin yaradıcıları isə, bu məhsullarının adını nano ayaqqabı olmasına səbəb olaraq toz bənzəri quruluşun, ağcaqanadların ayaqlarında ağ bir ayaqqabını xatırlatmasını göstərirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.