Maraqlı

Süni əzələ yaradıldı

23 Aprel 2018 22:50
0 Şərh     Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əsl əzələdən 85 dəfə daha davamlı süni əzələ yaradıldı.

Elm adamları çox güclü və super dayanıqlı süni əzələ yaratmağı bacardı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ABŞ-ın Texas Universiteti ilə Avstraliya, Çin, Cənubi Koreya, Kanada və Braziliyadan olan elm adamlarının ortaq çalışması nəticəsi çox güclü və super dayanıqlı süni əzələnin yaranmasına səbəb olub.

Kəşfi reallaşdıran elm adamları nano texnologiya köməyilə yaradılan ipliklərə parafin əlavə edərək çıxarılan süni əzələnin, təbii əzələdən 85-qat daha çox mexaniki güc ixrac edərək öz ağırlığının yüz minqat çoxunu qaldıra bildiyini ifadə etdi.

Kəşfi reallaşdıran elmi qrupun rəhbəri, A.Robert Uelş Universitetinin kimya professoru Rels Bauqman şərhində dedi: ''Yaxın dövrdə həyata keçirə biləcək tətbiqlər bizi həyəcanlandırsa da, süni əzələlər, insan bədənindəki əzələlərlə dəyişdirilməyə bu an üçün əlverişli deyil''.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.