Maraqlı

Məşhur diceyin mahnıları kilsədə ifa olundu - VİDEO - FOTO

23 Aprel 2018 11:25
0 Şərh     Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 20-də Omanda vəfat edən dünyaca məşhur dicey, "Avicii" kimi tanınan isveçli Tim Berqlinq Utrext şəhərində anılıb.

Milli.Az RTL News-a istinadən bildirir ki, şəhərdəki "Dom Tower" kilsəsinin zəngçisi Malqoşa Fibix kilsədəki zənglər vasitəsilə mərhum diceyin ən populyar hitləri olan "Wake Me Up", "Hey Brother" və "Without You"dan fraqmentləri ifa edib.

2017-ci ildə M. Fibix mərhum müğənnilər Devil Bouinin və "Linkin Park"ın solisti Çester Benninqtonun xatirələrini belə yad etmişdi.

Tim Berlinq aprelin 20-də Omanın paytaxtı Maskatda, dostlarının evində vəfat edib. Onun ölüm səbəbi hələlik açıqlanmayıb.

2010-cu ildə "My Feelings for You", "Seek Bromance", "Blessed" və "Levels" sinqlləri ilə məşhurlaşan, dünyanın ən çox qazanan diceylərindən birinə çevrilən Avicii 2016-cı ildə səhhəti ilə bağlı olaraq qastrollarını dayandırmışdı.

O, spirtli içkilərə həddən ziyadə aludə idi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhur diceyin mahnıları kilsədə  ifa olundu

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.