Maraqlı

4 sabiq prezident dəfnə qatıldı - Donald Tramp getmədi - VİDEO - FOTO

23 Aprel 2018 11:33
0 Şərh     Baxış: 3 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın sabiq prezidenti, ata Corc Buşun xanımı, keçmiş prezident Corc Buşun anası, 93 yaşında vəfat etmiş Barbara Buş dünən Hyuston şəhərində dəfn olunub.

Milli.Az ABC-yə istinadən bildirir ki, Hyustondakı Müqəddəs Martin yepiskopal kilsəsindəki vida mərasiminə sabiq prezidentlər ata Corc Buş, Bill Klinton, oğul Corc Buş və Barak Obama, habelə onların ailə üzvləri qatılmışdılar. Mərasimdə ABŞ-ın prezident administrasiyasının onlarla sabiq əməkdaşı, o cümlədən sabiq dövlət katibi Kondoliza Rays və sabiq müdafiə naziri Robert Geyts, habelə ABŞ prezidenti Donald Trampın xanımı Melanya Tramp da vardı.

Mərasimdə 1500 nəfər iştirak edib.

Donald Tramp mərasimə qatılmayıb və səbəb kimi Twitter-dəki profilində belə yazıb: "Mərasimdə əlavə təhlükəsizlik tədbirləri ilə narahatlıq yaratmaq istəmədim".

Barbara Buş xroniki ağciyər və ürək ağrılarından əziyyət çəkirdi.

O, Texas ştatındakı Kollec-Steyşn şəhərində, ata Corc Buşun adını daşıyan kitabxananın ərazisində dəfn olunub. Corc və Barbara Buşların qızı, 3 yaşında leykemiyadan vəfat etmiş Robin də burada dəfn olunub.

Ərinə və iki oğluna - prezident Corc Buşla Florida ştatının qubernatoru Ceb Buşa olan münasibətinə görə ABŞ-da çox sevilən Barbara Buşu "ölkənin Birinci Anası" adlandırırdılar.

Corc və Barbara Buşların 5 övladı, 17 nəvəsi və 7 nəticəsi vardı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

4 sabiq prezident dəfnə qatıldı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.