Maraqlı

İmperatorun büstü tapılıb

22 Aprel 2018 20:14
0 Şərh     Baxış: 1 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirin cənubunda yerləşən qədim Kom-Ombo məbədində arxeoloqlar tərəfindən aparılan təmir işləri zamanı Roma imperatoru Mark Avrelinin büstü tapılıb.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə ölkənin Maddi Mədəniyyət İşləri üzrə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, artefaktın nadirliyi ondan ibarətdir ki, bu imperatorun heykəltaraşlıq təsvirlərinə Misir ərazisində demək olar ki, rast gəlinməyib.

Qədim Misir Departmentinin rəhbəri Ayman Aşmauinin sözlərinə görə, hökmdarın qıvrımsaçlı və saqqalı başının təsvir edildiyi tapıntının ölçüləri 40/34 santimetrdir. Həmçinin qeyd olunur ki, onun yaxınlığında qumdaşından düzəldilmiş başsız heykəl hissəsi tapılıb. Hazırda alimlər bu tapıntıları tutuşdurmağa çalışır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.