Maraqlı

Göydələnlərin inşası üçün platforma yaradılıb

24 Aprel 2018 07:51
0 Şərh     Baxış: 1 223
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin mühəndisləri işçilərə hündürmərtəbəli binalar tikməyə kömək edən divardan asılan platforma yaradıblar.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Dırmaşan div" adlanan inşaat qurğusunun çəkisi 2 min ton təşkil edir və on iki hidravlik domkrat vasitəsilə binanın növbəti mərtəbəsinin tikintisi sona çatdıqca hündürlüyə qalxan platforma şəklindədir. Qurğu 2 min ton ağırlığa dözümlüdür, eləcə də 500 metr hündürlükdə və qasırğa zamanı da sabit işləyir.

Məlumata görə, modernləşdirilmiş avadanlıq tikinti prosesini 20 faiz sürətləndirir. Hazırda qurğu Uxan şəhərində göydələnlərin inşası üçün istifadə olunur. 119 mərtəbəli binanın tikintisini bu ilin sonuna başa çatdırmaq nəzərdə tutulur.

Qeyd edək ki, ötən il dünyada inşa edilən hündürmərtəbəli binaların yarısı Çində tikilib və ölkə urbanizasiya sürətini artırmağı planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.