Maraqlı

“Amazon“ öz mobil brauzerini hazırladı

24 Aprel 2018 08:41
0 Şərh     Baxış: 488
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Amazon" online platforması "Internet" adlı öz mobil brauzerini istifadəyə verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Amazon" hələlik yenilik barədə anons verməyib, lakin brauzer artıq mart ayından hazırdır.

"Internet" brauzeri "Android" smartfonlar üçün nəzərdə tutulub və hələlik yalnız Hindistanda əlçatandır. Onun əsas xüsusiyyətləri istifadəsinin sadəliyi və gizliliyin etibarlı qorUnmasıdır.  

"Internet"in çəkisi cəmi 2 meqabaytdır. Müqayisə üçün deyək ki, "Chrome" 21 Mb, "Firefox" 19,9 Mb, "Opera" 14,7 Mb, "Edge" 54,5 Mb-dır. Bundan başqa, "Amazon"un brauzeri analoqlarından fərqli olaraq, istifadəçinin məlumatlarını toplamır və onlardan əlavə icazələr tələb etmir.

Ümumilikdə isə "Internet" digər mobil brauzlerlərə bənzəyir. Ev ekranında tez-tez daxil olunan saytlar və xəbərlər görünür, eləcə də privat rejimdən istifadə etmək də olar, bu halda istifadəçinin daxil olduğu saytlar yaddaşda qalmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.