Maraqlı

Qravitasiyanı yox edən cihaz

24 Aprel 2018 23:50
1 Şərh     Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika alimləri qravitasiyanı yox edən bir cihazla siçanı havada asılı tutmağı bacardılar.

ABŞ kosmos agentliyi NASA-nın Pasadenadakı Reaktiv Mühərrikləri Laboratoriyasında aparılan təcrübədə, super keçirici qradyan maqnitilə işləyən cihazla havada siçanın asılı tutulmasının, qravitasiya olmayan mühitdə uzun müddət qalan astronavtların sümük itkisinin müalicəsində yeni üsullar təmin etməsinə ümid edilir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, araşdırmanın başında iştirak edən Yuanminq Liu, siçanı havada asılı tutaraq, astronavtların qravitasiya olmayan mühitdə məruz qaldıqları şərtləri yaratmaq istədiklərini və astronavtların uğradıqları sümük itkisinin siçanlarda da meydana gəlib gəlmədiyini, beləcə bu mövzuda daha çox məlumat əldə etməyi və yeni müalicə üsulları tapmağı hədəflədiklərini söylədi.

Araşdırmaçılar təcrübənin ikinci mərhələsində, fiziki təsirlərin nəticələrini görmək üzrə siçanı cihazda bir həftə və ya daha uzun müddət tutacaqlarını ifadə etdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.