Maraqlı

12 yeni dəniz canlısı

24 Aprel 2018 22:55
0 Şərh     Baxış: 1 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sinqapur və İndoneziyadan araşdırmaçılar, daha əvvəl bilinməyən 12 dəniz canlısını kəşf etdi.

"South China Morning Post" qəzetinin xəbərinə görə araşdırmaçılar, Yava dənizinin qərbi və cənubunda aparılan araşdırmalarda daha əvvəl bilinməyən hermit xərçəngi, krevet və xərçəng növlərinə rast gəldi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, araşdırmaçılardan Sinqapurun Lee Konq Çian Təbiət Tarixi Muzeyinin Müdiri Peter Ng, 14 gün boyunca 30 elm adamı və 25 şəxsdən ibarət bir dəstək qrupu ilə 800 ilə 2 min 100 metr dərinlikdə aparılan araşdırmalarda dənizdən 12 min ədəd canlı növü çıxarıldığını ifadə etdi.

Araşdırmaçılar, çıxarılan canlı növlərilə əlaqədar işin davam etdiyini, kəşflərin davam edə biləcəyini qeyd etdi.

Yeni kəşf edilən canlı növləri arasında tüklü tikanları və gözləri qan kimi qırmızı olan bir xərçəng, zebr naxışlı qabığa sahib bir xərçəng və yaşıl gözlərilə narıncı məngənələri olan bir yengəc var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.