Maraqlı

Hindistanda pedofillər edam ediləcək

21 Aprel 2018 19:51
2 Şərh     Baxış: 1 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan hökuməti 12 yaşa qədər olan qızları qrup şəklində zorlayan cinayətkarlara qarşı edam cəzasının tətbiq edilməsi haqqında fərman imzalayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Fərman  "Uşaqların cinsi zorakılıqdan qorunması haqqında" qanuna edilmiş düzəliş əsasında imzalanıb.  Qanun dəyişikliyində eyni zamanda qadınları və yeniyetmə qızları zorlayan şəxslərin həbs müddətlərinin uzadılması nəzərdə tutulub.

Beləcə qadınları zorlayan şəxslərə ən azı 10 il həbs cəzası veriləcək. 16-20 yaşlarında olan  gənc qızlara təcavüz edən şəxslər isə ömürlük azadlıqdan məhrum ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.