Maraqlı

Göydələnlərin sürətli inşası üçün YENİ QURĞU - FOTO

22 Aprel 2018 08:03
0 Şərh     Baxış: 2 292
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinli mühəndislər daha bir layihə ilə dünya mediasını fəth ediblər. Belə ki, hündürmərtəbəli binaların tikilməsində işçilərin işlərini asanlaşdırmaq məqsədilə divardan asılan platformalar yaradıblar.

Milli.Az xəbər verir ki, "Dırmaşan div" adlandırılan inşaat qurğusunun çəkisi 2 min ton təşkil edir və 12 hidravlik domkrat vasitəsilə binanın növbəti mərtəbəsinin tikintisi sona çatdıqca hündürlüyə qalxan platforma şəklindədir. Sözügedən qurğu 2 min ton ağırlığa davam gətirə bilir. İlkin məlumatlara görə, qurğunun köməkliyi ilə 500 metr hündürlükdə sabit işləməyə şərait yaradıla bilir.

Bildirilir ki, modernləşdirilmiş avadanlıq tikinti prosesinin müddətini 20-30 faizə qədər tezləşdirir. Hazırda qurğu Çinin Uxan vilayətində göydələnlərin inşası üçün istifadə olunur. Qurğunun köməkliyi ilə 119 mərtəbəli göydələnin inşası nəzərdə tutulub. Mühəndislər binanın cari ilin sonuna qədər tam şəkildə təhvil verəcəklərini bildiriblər. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.