Maraqlı

O niyə evlənməkdən qaçır?

20 Aprel 2018 22:58
3 Şərh     Baxış: 1 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siz neçə ildir birlikdəsiniz (iki, üç, beş), əminsən ki onun xoşuna gəlirsən və ondan övladın olmasını istəyirsən. Nə üçün o hələ də sənə evlənmək təklif etmir? Aramızda evlənməkdən qorxan gənclərin sayı o qədərdir ki...

Nə vaxt biz sevgilimizin yanında özümüzü çox yaxşı hiss edirik, həmin andan toy haqqında fikirləşməyə başlayırıq. Onunla neçə müddətdir tanış olmağımıza fikir belə vermirik - iki gün, yoxsa iki il. Bəs görəsən, qarşı tərəf də evlənmək arzusundadırmı? Bax elə problemlər də buradan başlayır.

"Mən onun həyat yoldaşı olmaq istəyirəm!"... Bu o qədər də çətin iş deyil. Əsas odur ki, onu evlənməkdən uzaqlaşdıran səbəbləri öyrənib, aradan qaldırmağı bacarasan.

Milli.Az axşam.az-a istinadən bildirir ki, statistika sübut edir - kişilər qadınlara nisbətən münasibətlərinə ad qoymağa ehtiyat edirlər. Onlar evlənməkdən qorxurlar. Nə üçün? Bəli, çünki qadınlar çox fərqlidirlər. Hətta mütəxəssislər iddia edirlər ki, kişi ilə qadın bioloji cəhətdən də bir-birinə ziddir. Qadınlar başqa cür düşünür, hiss edir, reaqsiya verir, hətta dərmanların qadınlara təsiri də fərqlidir. 

Uzun müddət biri ilə münasibətin var: sən artıq ağ gəlinlik və fatanı fikirləşirsən. Amma oğlan balıq kimi susur. Nə etməli? Biz də bunu araşdırmağa çalışırıq: "Mənimlə heç vaxt evlənməyi düşünməyən sevimli oğlanım".
Amma hər şeyi kişilərin boynuna yükləmək heç də doğru deyil. Gəlin etiraf edək ki, aramızda evlənməkdən qorxan qadınlar da az deyil.

O deyir:
"Nə üçün? Bizə belə də yaxşıdır"
Ola bilsin ki, sizə birlikdə doğurdan da pis deyil. Amma nəzərə almaq lazımdır ki, qaydalara uyğun işlər var ki, bu oğlanları qane etmir. Kişilər öz həyatlarında nəyisə dəyişməkdən dəhşətli dərəcədə qorxurlar. Psixoloqlar iddi edir: "Qadınlar daha çox emosionaldırlar? Bəlkə yanılırsan?! Diqqətlə baxsaq görərik ki, kişilər qadınlardan çox emosionaldırlar. Onlar həyatlarındakı dəyişikliklərə dözülməz reaksiya göstərirlər. Eləcə də münasibətlərində".
Evlənmək kişilərə görə başqa bir böyük mərhələyə qədəm qoymaqdır və burada nələr baş verəcək - məlum deyil. Elə onları da qorxudan budur.

Nə üçün evlənmir
1. Dəyişikliklərdən qorxur
Onun həyatı başdan ayağa kimi dəyişəcək. Məlum deyil, bu dəyişiklik ona rahatlıq gətirəcəkmi? Və o özü burada uğurlu ola biləcəkmi? Kişilərin əksəriyyəti qorxuları və həyəcanları barədə danışmağa həvəsli deyillər. Yalnız qızlar həyatlarının bütün xırdalıqlarını və detallarını kiməsə danışmağa hazırdırlar. Bizim tikbaş yarımızsa həqiqi sifətini gizlətmək üçün içində istirab çəkməyə razıdır. Əgər, bizim möhkəm partizan sevgilisi ilə uzun danışıqlara hazır deyilsə, başlanğıc olaraq qəfildən ondan soruş: evləndikdən sonra ounun dostlarının həyatında nələr dəyişdi? Onun valideynləri nikahda necə yaşayırlar? Məsələn, Əzizim nə üçün köhnə dostun Anar neçə müddətdir görsənmir? "Sən nə danışırsan - O evlənib? Necə? Çox maraqlıdır!". Və ya: "Canım, gəl mənim keçən il ailə həyatı quran rəfiqəm Lalənin evinə gedək" de. Onun cavabı sənə çox informasiya verəcək. Xəbəri olmadan o ailə həyatını sevib-sevmədiyini etiraf edəcək. Sonra maraqlan, o evli kişi rolunda özünü necə aparır. - Bax, bütün bunlardan sonra onun sənlə bağlı fikirlərinə dəqiq qərar verə biləcəksən. O səninlə birlikdə gələcək düşünür, ya yox? 
Ona dəstək ol: Sehirli sözlər
"Bilirsən ailə həyatı qurmaq o demək deyil ki, sən dörd divar arxasına bağlanırsan". "Bilirsən kişinin ona ayrılmaz dərəcədə bağlandığını bilmək hər bir qadına xoşdur". Onun reaksiyası necədir? Seçim sənə qalıb.

2. Azadlığını itirməkdən qorxur
Məsələn, əgər bu onun dostuyla baş veribsə... Onunla tanışlarınızın "qeybətini" et. Bu söhbət əsnasında ona sübut etməyə çalış: sevən insanlar aralarındakı münaqişələri həll etməyə qadirdilər. O heç vaxt demədiyi məxfi sirrlərini sənlə bölüşəcək: mənim bir dostum evləndikdən sonra "arvadağız" olub. Digər dostum evləndikdən sonra gecə yığıncaqlarına, bizimlə gəzməyə gedə bilmir, acınacaqlı haldadır, bizi görən kimi gözləri dolur. Üçüncü isə dostları ilə əlaqəni tamamilə kəsib.
Sənin hərəkətin: Həvəsləndirici sözlər
"Oo... Bu dəhşətdir ki! Sən nə danışırsan əzizim, mən düşünürəm ki, evləndikdən sonra da kişi azadlığını saxlamalıdır. Kişi hökmlü olmalıdır. Bəs sən necə düşünürsən? Sən necə istəyərdin?". Və sevgilinin hər sözündən onun bütün qorxuları ilə bağlı ipucu öyrənəcəksən. Beləcə, sən öz cananının evliliklə bağlı düşüncələrini bir balaca müsbət yönə dəyişə bilərsən.

3. Səhvlər etməkdən qorxur
Kişilər də qadınlar kimi vasvasıdır: "Birdən onunla evləndim, sonra anladım ki, sən demə heç də doğru iş görməmişəm?" - bu sual kişiləri qadınlardan çox narahat edir. 
Nə etməli? Danışmaq!
Bəli-bəli, amma toy haqqında yox ha... Birlikdə nələr edə biləcəyiniz, vaxtınızı necə keçirəcəyiniz haqqda. Çalış gələcək ailə həyatınızı onun gözündə canlandır. Onun dostları, sevimli anası, özü, keçmişdə olan problemləri ilə bağlı hər şeyi öyrənməyə çalış. Beləcə, sən hansı hərəkəti etməyin "qadağan" olduğunu biləcək, ona təkrarlar yaşatmayacaqsan, sənin əzizinin nədən qorxduğunu öyrənə biləcəksən. Bax bu söhbətdən sonra, sevgilin həyata başqa gözlə baxmağa, qorxularını dəf etməyə başlayacaq. Axı onun problemlərini bölüşə biləcək bir sevgilisi var.

O deyir:
"Mən heç vaxt evlənməyəcəm"
Bu fikrə başqa əlavələr etməyə ehtiyac yoxdur. Qəribə olsa da bəzi qadınlar və kişilər inanırlar ki, bu onların xüsusi fikirləridir, buna görə qarşı tərəfi incitmək lazım deyil. Bir çox qızlar da ən az oğlanlar qədər ailə həyatı qurmaqdan qorxurlar. İnanmasanızda bu real faktdır. Amma bir şeyi etiraf edək ki, evlənməkdən qorxan qadınların sayı kişilərə nisbətən daha azdır.

1. Səbəb
Onun "əlahəzrəti" kompleksləridir
Psixoloq fikri: "Mənə müraciət edən yaraşıqlı, istedadlı, ağıllı, evi, işi olan oğlanların əksəriyyəti özlərinə, səviyyələrinə, savadlarına uyğun qız tapa bilməməkdən şikayətlənirlər. Eləcə də qızlar... müasir dövrdə gənclərimizin ən böyük problemi bax budur - komplekslər. Onların həyat tərzi fərqlidir".
Komplekslər kişilərdə də qadınlardakı qədər çoxdur. Onun müstəqilliyini itirməkdən, "hökmranlığı" itirməyə qədər fərqli qorxuları var. Belə şahzadə həmişə nədənsə narazı qalacaq və axtarışda olacaq. Əgər sən onu nikah masasına aparsan belə, özünü onun yanındı çətin ki, güvəndə hiss edəsən. O, "mən" ifadəsini "biz"dən daha çox işlədir. O öz fikirlərinə cəmlənib, səni eşitmir və ya həddindən artıq dərəcədə anasına bağlıdır. 

2. Səbəb
Diaqnoz: Maço
Bu bir tərəfdən əvvəlki varianta bənzəyir. Belə insanların maskasının altında başqa problemlər gizlənib: ailəsində acınacaqlı problemlər (valideynləri bir-birinə soyuqqanlı olublar və ya bədbəxt), yaxın münasibətdən qorxma hissləri. Necə başa düşməli? Bunu həmin dəqiqə anlamaq mümkündür. Belə insanlarla sevgi yaşamaq olar, amma bunun çox çəkməyəcəyinə əvvəlcədən hazır olmalısan. Hələ "nikah" heç onlarlıq deyil. Yalnız bəzi qadınları çıxmaq şərtilə - ya həddindən artıq ifritə, ya da həddindən artıq gözəl və ağıllı. Belə kişilər və qadınlar üçün mübarizə aparmağa dəyərmi?

Psixoloqlar iddia edirlər ki, evli qadınlar evli kişilərdən 15 % çoxdur.

3. Səbəb
Bəs mənim maraqlarım?!
...bayk, deltaplan, boks yastığı... və ya... gözzəlik salonu, manikür, uklatka, şoppinq... İnan bu belədir. Bəzi kişilər və qadınlar ailə həyatının həndəvərindən belə keçməyə aid deyillər. Onun üçün əsas - iş, maraqlar və əlbəttə ki, dostlarıdır. Belə insanların fikrincə "ailə həyatı" onun atdığı hər addımda yoluna çıxan bir maneədir. O, səninlə ona yaxşı olan müddətə kimi birlikdə olacaq. Əgər münasibətinizdə nəsə onu çətinə salsa o xasiyyətini dəyişmək yerinə, ayrılmağı təklif edəcək. Onun üçün əsas o və həyatıdır. Belə insanlara əlavə problemlər lazım deyil. Onu necə tanımalı? Adi hərəkətlərlə...
Sən xəstələnmisən, amma o bunu biləndən sonra zəng edib halını soruşmur, başı dostları ilə gəzməyə qarışıb. Sən istirahət gününü birlikdə keçirtmək üçün plan qurmusan, amma o buna əhəmiyyət vermədən dostları ilə gəzməyə gedir.  Əgər bu hər dəfə təkrarlanırsa, ciddi düşünmək lazımdır. Çətin ki, o bundan sonra xasiyyətini dəyişə. Əgər o "heç vaxt evlənməyəcəm deyirsə" yaxşı-yaxşı düşün. Ən gözəl illərini ona sərf etməyə dəyər? 

O deyir:
"Mən hələ hazır deyiləm"
Variant çoxdur: ciddi münasibətə hazır deyil, həyat yoldaşı olmağa hazır deyil, valideyn olmağa hazır deyil, boş vaxtlarını sənə həsr etməyə hazır deyil... Maraqlısı odur ki, onlar bu yerdə yalan danışmırlar. Toy barəsində bütün hazırlıqlar üçün təkcə qadınlar narahat olmurlar. Ehtimalları analiz edək.

Əgər o "Mən hələ hazır deyiləm!" deyirsə, demək o, atasına oxşamaqdan qorxur.

1. Nə üçün evlənmir?
"Ailəsini qorumağa hazır deyil"
Dünyada belə qəbul olunub: qadın - yuvanın qoruyucusudur, kişi - qazananı. Onun üstünə ailəni saxlamaq kimi məsuliyyətli bir iş düşüb. Və onlar bu məsuliyyəti öhdəliklərinə götürməyə hələ də hazır deyillər. Oğlanların çox vaxt dediyi "ev və avtomobil alım, özümə yaxşı iş qurum, sonra evlənək" sözünün altında yatan gizli səbəb də elə budur. 
Nə etməli? Bir-birini necə başa düşməli? Danışmaq!Əvvəlcə özün-özündə aydınlaşdır: kirayə ev tutub orada yaşamağa hazırsan? Və ya oğlanın valideynləri ilə bir evdə qala biləcəksən? Əgər razısansa, onda bu təklifini ona bildir. Unutma ki, ailəni birlik, sevgi xoşbəxt edir, bank hesabındakı külli miqdarda pul yox.

2. Ata olmağa hazır deyil
Kişilərin çoxu bilir ki, övlad ailəni ömürlük birləşdirən əsas amildir. Elə buradan onun evlilikdən nə üçün qorxduğunu aydınlaşdırmaq mümkündür. Onun qarşısını nə kəsib: uşaq ağlamaları, səhərə qədər yuxusuz qalacağı gecələr, dostlarının üzücü məsəlləri? Bəlkə də qadınlar bu haqda heç vaxt düşünmürlər. Amma kişilər yox... Sevgilinə uşaqdan sonra da həyatın gözəl olacağını izah etməyə çalış. Ona bununla bağlı jurnallar, filimlər göstər.

Gələcəklə bağlı ortaq arzular sizi doğurdan da bir-birinizə daha yaxın edəcək.

3. Həyat yoldaşı olmağa hazır deyil
Hər birimizin beynində ailə haqında fərqli düşüncələr var. bu düşüncələrin içərisində valideynlərimizin həyatından gördüyümüz nümunələr də öz əksini tapır. Kişilər atalarının səhvlərini təkrarlamaqdan çox qorxurlar. Qəribə olsada bu bir faktdır: toydan sonra kişi ilə qadın arasındakı münasibətlər tamamilə dəyişir. Bəzən yaxşılığa, bəzənsə pisliyə doğru... Sevgilinə münasibətinizin fərqli olduğunu, hər evlilikdə söz-söhbət olacağını izah et. Problemləri birlikdə, böyütmədən həll edəcəyinizə onu inandır.

Psixoloq məsləhəti:
Əlbəttə ki, bu nikah masasına oturmağa maneə olan bütün komplekslər, qorxular, tərəddüdlər deyil. Bütün bu problemlər səni ağ gəlinlik geyinib, fata taxıb, xoşbəxtliyini ətrafa saçıb, sevincini yaxınlarınla bölüşmək kimi gözəl hisslərdən məhrum edib. Əgər yerində oturub, problemlərin özbaşına düzələcəyini, sevgilinin xasiyyətini dəyişəcəyini düşünsən bu, illərlə davam edəcək. Əsas odur ki, sən onu yola gətirib, dərdini onunla bölüşməyi bacarasan. 

Təsəvvür et!
· Karandaş götür və bir, iki, beş ildən sonra xəyalında olan ailənin şəklini çək. Gör nə alındı və bu sənin xoşuna gəlirmi? Bu şəkildə sən hardasan, həyat yoldaşın hardadır, siz nə ilə məşğulsunuz? Bu illər ərzində nələr dəyişib?

· Əgər sən çox sürətlisənsə - bundan istifadə et. Kağıza gələcək ailənlə bağlı "üstəgəllər" və "çıxaqlar" yaz. Onları müqayisə et, nə alındı?

· Rahat bir yerə əyləşib, gözlərini yum və gələcək ailə haqqında mənzərə canlandır. Nə görürsən, nə hiss edirsən? Bu səni qane edir? 

Bəlkə də bu kiçik məsləhət xəyyalların və məqsədlərinlə bağlı sənə kömək etdi. Amma bir şeyi həmişə xatırla: heç kim gələcək həqiqəti bilmir. Axı möcüzələrin qarşısını hələ heç kim ala bilməyib. Sevgi isə özü bir möcüzədir. Əgər sən əminsən ki, O sənin xoşbəxtliyin və taleyindir, onda lazım bildiyin kimi hərəkət et. Amma bunu onu qorxutmadan etməyə çalış. Yadda saxla ki, "evlənmək" sözü sevimli kişinin lüğətinə daxil deyil. Və biz səninlə bunun nə üçün belə olduğunu artıq bölüşdük.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.