Maraqlı

Adolf Hitlerin ölümünü yalanlayan gəmi tapıldı - ŞOK İDDİALAR

20 Aprel 2018 23:34
2 Şərh     Baxış: 6 494
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci Dünya Müharibəsinin sonunda Faşist Almaniyasına məxsus sualtı gəmi tapılıb.

Milli.Az xəbər verir ki, Danimarka sahilləri yaxınlığında Skaqerrak boğazının dibində tapılan sualtı gəminin Şaçist Almaniyasını Cənubi Amerikaya aparan "U-3523" sualtı qayığı olduğu ehtimal edilir.

Ancaq mütəxəssislər 73 il sonra qalıqları tapılan sualtı gəmini dənizin dərinliklərindən çıxartmaq istəmədiklərini deyirlər.

Alimlərin sözlərinə görə, bu qayıq vasitəsilə üçüncü reyxin komandirləri qaçırdılmışdı. Sualtı gəmini Yutlandiyada Dəniz hərbi muzeyinin işçiləri tapıb. İlkin məlumatlara görə, gəmi Skaqerrak boğazının 123 metr dərinliyində yerləşir. Tarixi məlumatalara görə isə, sözügedən sualtı gəminin göyərtəsində 58 ekipaj üzvü olub.

Gəminin batması ilə bağlı ilkin versiyalara görə, "U-3523" sualtı gəmisi 6 may 1945-ci il Böyük Britaniyanın "B24 Liberator" Hərbi Hava Qüvvələrlərinə məxsus bombardmançısı tərəfindən vurulub. Bu günə qədər də gəminin qalıqları aşkarlanmayıb. Tarixçilər bunun planlaşdırlmış hadisə olduğunu deyərək, faşist Almaniyasının rəhbərlərinin bu yolla ölkədən qaçaraq Cənubi Amerikaya və ya digər yerə getdiklərini iddia edirlər.

Norman Qert Andersen muzeyinin direktoru sualtı gəmini İkinci dünya müharibəsi zamanı Almaniyaya məxsus ən müasir sualtı gəmisi (U-3523) adlandırır. Sırf silahlandırılması baxımından onların əlində yalnız 2 ədəd belə gəmi olub.

Bu məsələ ilə bağlı bir çox iddialar var. Bir qrup alim hesab edir ki, Adolf Hitler də bu sualtı gəminin göyərtəsində olub və sağ-salamat Cənubi Amerikaya gedib, digər bir qrup isə israrla İkinci Dünya Müharibəsindən sonra Adolf Hitlerin Kolumbiya və Argentinada görüldüyünü irəli sürür.

Gəmini tapan muzey işçiləri isə qəti şəkildə sualtı gəmini sudan çıxartmaq istəmədiklərini bəyan ediblər. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.