Maraqlı

"İstanbullu gəlin"də gözlənilməz ayrılıq - 3 məşhur birdən vida edəcək

20 Aprel 2018 21:54
1 Şərh     Baxış: 9 495
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Star TV"də yayımlanan "İstanbullu gəlin" serialından maraqlı xəbər var.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ekran işindən 3 aktyor birdən ayrılacaq.

Bunlar Can xarakterinə həyat verən aktyor Murad Aygen, Farukun (Özcan Dəniz) balaca qardaşı, Murad rolunu oynayan Berkay Hardal və evin qulluçusu, daha sonra Muradın xanımı olan Badə, yəni aktrisa Hira Koyuncuoğludur.

Murad serialla bu həftə yayımlanacaq bölümdə, Berkay və Hira isə bir neçə bölümdən sonra ikisi də eyni vaxtda vidalaşacaqlar. 

Məlumata görə, Hardal "Show TV" yayımlanacaq yeni  "Mələklərin aşkı" serialında baş rolda çəkilmək üçün "İstanbullu gəlin"lə yollarını ayırır.

Qeyd edək ki, bu il, iyunun 8-də final edəcək ekran işində baş rollarda Aslı Enver və Özcan Dəniz çəkilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.