Maraqlı

"Dəniz qaraçıları": su bu insanları dəyişdi - VİDEO - FOTO

20 Aprel 2018 14:04
1 Şərh     Baxış: 2 492
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bacaular Malayziya, Filippin, İndoneziya və Bruneydə yaşayan xalqdır.

Filippində 470 min, İndoneziyada - 152 min, Malayziyada - 62300, Bruneydə 11 min nəfərdirlər.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, köçəri dənizçilər, mirvari "ovçu"ları və balıqçılar olan bu xalqı "dəniz qaraçıları" adlandırırlar.

Bacauların bir qismi hələ də icmalar formasında dənizdə köçəri həyat sürür, içməli su və elektriksiz yahayır, sahilə yalnız ölülərini basdırmaq üçün yan alırlar.

Dənizdə yaşam bacauların orqanizmlərində də ciddi dəyişiklərə səbəb olub. 1000 ildən bəri Cənubi Asiyada dənizləri dolaşan bu xalqın mənsubları suya dalmaqda və su altında üzməkdə mahirləşiblər. Əgər normal insan su altında nəfəs almadan maksimum 4 dəqiqə qala bilirsə, bacaular arasındakı "mirvari ovçular"ı dəniz və okean sularına dalandan sonra 13 dəqiqə su altında qala bilirlər.

Bacaularda öd kisəsinin həcmi normal insanlardan 50 faiz böyükdür. Onlar asanlıqla 61 metr dərindiyədək suya dala bilirlər.

İndoneziyadakı Yava Bakti sahillərində, dənizdəki "üzən kənd"lərdə yaşayan bacaularda bu bacarıq daha parlaqdır.

Kembric Universitetinin professoru Melissa İlardonun başçılıq etdiyi alimlər qrupu Yava Baktidəki bacauların fenomenal bacarıqlarını tədqiq edib. Məlum olub ki, onlar hətta qonşu Saluanda yaşayan insanlardan da fərqlənirlər.

İndoneziyadakı bacaular indi Yava Bakti ilə yanaşı, Borneodakı Sabahda məskunlaşıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.