Maraqlı

Palçıqlı gölməçədən tapılan qidanın faydası

21 Aprel 2018 22:40
1 Şərh     Baxış: 1 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinlilərin illərdir yedikləri at sidiyi yumurtasının faydalı olduğu aşkar edilib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, mütəxəssislər bu yumurtanın diş ağrısına müsbət təsir göstərdiyini bildiriblər. Əksər çinli bu qidadan diş ağrıları zamanı istifadə edir. Yumurtanın diş ağrısını azaltdığı bildirilir.

Bəs at sidiyi yumurtası nədir?

Bu qidanın əsrlik tarixi mövcuddur. Belə ki, söylənənlərə görə, bir gün kəndlinin biri palçıqlı gölməçədə ördək yumurtası tapıb. Dadı xoşuna gəldiyi və yumurtanın zəhərləmədiyini gördüyü üçün özü də yumurtaları bu cür saxlamağa başlayıb. Beləliklə də Çinin və Asiya şəhərlərinin illərdir, sevərək yediyi qida ortaya çıxıb.

Öncə duz, təzə odun külündən ibarət olan maye qarışım 1 gecə saxlanılır. Ertəsi gün ördək, bildirçin ya da toyuq yumurtaları bu qarışıma qoyularaq yeddi həftə ilə beş ay arasında dəyişən zaman çərçivəsində gözlədilir.

Bu yumurtalar, tünd qəhvəyi rəng və qaraya bənzər yaşıl rəngdə olur.

Məhz bu səbəbdən bu yumurtalara "at sidiyi yumurtası" adı verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.