Maraqlı

"Facebook"da siyasi fikirlərlə bağlı yeni qaydalar - VİDEO

21 Aprel 2018 08:59
0 Şərh     Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" Avropada yeni qaydalar tətbiq etməyə başlayır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Avropa parlamenti ilə görüşlərdən sonra şirkət bu barədə qərar qəbul edib.

Tətbiq olunacaq yeni qaydalara əsasən, istifadəçilər paylaşdıqları məlumatların başqa bir şəxs tərəfindən paylaşılmasına qadağa qoya biləcək. Həmçinin istifadəçilərin öz siyasi, dini və şəxsi münasibətləri barədə məlumatları üçün ayrı-ayrı bölmələr yaradılacaq və bu bölmələr üzrə paylaşımların başqaları tərəfindən istifadəsi mümkün olmayacaq. 
Gələcəkdə bu cür paylaşımlar etdikcə isə istifadəçilərə fikirlərinin ziddiyyətli olub olmadığı və paylaşım edib etməyə biləcəkləri barədə bildirişlər gələcək.
Həmçinin gələcəkdə "Facebook"da üz tanıma texnologiyasının tətbiqi də gözlənilir.
Mark Zukerberq açıqlamasında  bu qaydaların müəyyən dəyişikliklərlə bütün dünyada tətbiq olunacağını da qeyd edib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.