Maraqlı

İranın dövlət idarələrində "Whatsapp" və "Messenger" qadağan edildi

21 Aprel 2018 08:05
0 Şərh     Baxış: 1 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda xarici mesaj proqramları qadağan edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat orqanları xəbər yayıb.

İran Strateji İdarəetmə Mərkəzi sədri Rza Cəvahiri dövlət idarələrində xarici mesajlaşma vasitələrindən istifadənin qadağan olunması barədə qərar verildiyini bildirib. Bu gündən etibarən artıq İranda yerli mesajlaşma vasitələrindən istifadə olunacaq.

Artıq İranda "Whatsapp", "Messenger" və digər sosial proqramlarla yanaşı, İranın ən məşhur mesaj proqramı sayılan "Telegram"ın alternativi "Soroush" proqramı istifadəyə verilib.

Qeyd edək ki, bu gün səhər saatlarında İranın dini lideri Ayətullah Xamenei öz "Telegram" hesabını bağladığını bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.