Maraqlı

“Apple Music” istifadəçilərinin sayı hər il 40 faiz artacaq

21 Aprel 2018 08:25
0 Şərh     Baxış: 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevral ayının əvvəlində "Apple Music" ödənişli musiqi xidməti abunəçilərinin sayı 36 milyon nəfəri üstələyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, apreldə proqramın istifadəçi bazası 40 milyon abunəçiyə qədər artıb.

"Macquarie Capital" şirkətinin analitiki Ben Şakret (Ben Schachter) bildirib ki, növbəti üç il ərzində "Apple Music"in ödənişli abunəçilərin  istifadəçi bazası hər il 40 faiz artacaq. B.Şakter hesab edir ki, "Apple Music" "Apple" şirkətinin ən tez böyüyən xidməti ola biləcək.

Gözlənilir ki, cari maliyyə ilinin ikinci rübündə bütün "Apple" xidmətlərindən gələn gəlir son bir il ərzində 18 faiz artacaq və 8,3 milyard dollar təşkil edəcək. Ancaq hələlik "Apple Music" "Apple"in ən gəlirli xidmətlərindən biri hesab edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.