Maraqlı

Bir nəfəslə xəstəlikləri təyin edən diaqnoz

21 Aprel 2018 22:50
0 Şərh     Baxış: 1 255
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər insan nəfəsindəki molekulları analiz edərək, epilepsiya, böyrək narahatlıqları və yuxu apnesi kimi xəstəlikləri müəyyən edə bilən cihaz yaratdı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, təxminən 4 ildir üzərində işlənilən cihazın patent müraciəti də edildi.

Layihə çərçivəsində görülən işlərdə nəfəs analizlərinin edilə bildiyini ifadə edən araşdırmaçılar belə dedilər: "Araşdırmalarımızda amonyak molekulu ilə xroniki böyrək xəstəliyi arasında ciddi əlaqə olduğunu göstərdik".

Mütəxəssislər nəfəsi analiz etmədən əvvəl xəstələr üzərində araşdırmalar apardıqlarını ifadə edərək, belə danışdı: "Bu əhatədə 100 xroniki böyrək xəstəsini sınaqdan keçirdik. Həkimin etdiyi standart tədqiqlərlə bizim tapdığımız nəticələri müqayisə etdiyimizdə əhəmiyyətli bir əlaqə tapdıq. İnfeksiya daşıyan xəstələri sağlam olanlarla müqayisə etdikdə, nəfəslərindəki amonyak molekulu miqdarının artdığını müəyyən etdik. Digər işimizdə isə epilepsiya xəstələrinin, nəfəslərindəki amonyak səviyyələrini araşdırdıq. Bunda da qandakı dəyərlər ilə nəfəsdəki dəyərlər arasında əlaqə tapdıq. İnkişaf etmiş səviyyələrdə isə nevroloji xəstəliklər və xərçəng üzərində ətraflı işlər reallaşdıracağıq".

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.