Maraqlı

Bahar obrazını zənginləşdirən DETALLAR - FOTO

18 Aprel 2018 23:48
0 Şərh     Baxış: 1 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Risk etmək və dəb oyununda qalib gəlmək zövq işidir.

Milli.Az bu yazıda risk etməyə çəkinən, eyni zamanda trendlərlə ayaqlaşmaq istəyən modapərəstləri bahar obrazını zənginləşdirən detallarla tanış edib. Hansı ki, onları həqiqətən də sınaqdan keçirməyə dəyər.

Stiletto

Zərif dikdabanlar qadın qarderobunda ən dahiyanə kəşfdir. Onlar istənilən obrazı bir anda dəyişməyə qadirdir. Bu amili əldə rəhbər tutaraq xanımlara yaz alış-verişləri arasında stilettolara üstünlük verməyi təklif edirik. Onlar imkan verir ki, qadın özünü dünyanı fəth etməyə hazır hiss etdin. Qara və bej çalarları isə hər obrazla uyğunlaşan ideal variantdır.

Halqa sırğalar

Nənələrin güllü və qaşlı sırğaları çoxdan dəbdən düşüb. Odur ki, daha ciddi, lakin maraqlı sırğa modellərinə yönəlin. Məsələn, halqa sırğaların müxtəlif modelləri hər dəstlə uzlaşa və individuallığınızı vurğulaya bilər.

Sivri eynək modelləri

Belə eynəklərlə 50-cı illərin vamp-qadını obrazına bürünmək olar. Obrazın tamamlanması üçün bircə nəfis retro-avtomobili əlavə etmək qalır.

Həsir çanta

Həsir və zənbili xatırladan çantalar artıq bir neçə ildir ki, yaz-yay mövsümün əsas trendləri arasında liderlik edir. Odur ki, "rədd olsun tipik qara çantalar və rükzaklar" deməyə hazır olun. Obraza mürəkkəb, eyni zamanda zərif həsir çantalar əlavə edin. Demokratik brendlərin yaz-yay kolleksiyalarından bu trendin münasib qiymətə olan modellərini əldə edə bilərsiniz.

İpək şal

Qış geridə qaldı, deməli, isti və yun şərfləri ipək və al-əlvan alternativləri ilə əvəz etmək vaxtıdır. Sarsıdıcı effekt əldə etmək üçün tərzinizə eynək əlavə edin.

Narıncı dodaq boyası

Narıncı dodaq boyası tənbəllər üçün ən rahat makiyaj variantıdır: Rəvan ton və parlaq dodaqlar. Ümumiyyətlə, bahar obrazını parlaq dodaqlar olmadan mükəmməl hesab etmək çətin ki, mümkün olsun.

Kepka

Kepka ilə siz asanlıqla Ceyn Birkin və ya Bricit Bardonun romantik obrazlarını təkrarlaya bilərsiniz. Halbuki nə fərqi var? Özünüz olun və aksessuarlarla öz qaydalarınız üzrə oynayın.

Kross-bodi çantalar

Yeni çanta almamaq da olar. Yığcam çantanın uzun kəmərini maksimum dərəcədə qısaldın ya çarpaz şəkildə, ya çiyinə taxın. Bir neçə dəqiqədən sonra yeni dəbə öyrəşəcəksiniz. Kross-bodi adlanan bu üsul işinizi asanlaşdıracaq. Məsələn, ictimai nəqliyyata minəndə çantanı belinizə sıxıb pul kisəni rahat şəkildə çıxarda biləcəksiniz.

Pencəyi sviterlə əvəzləyin

Etiraf etmək lazımdır ki, Bakıda yaz havası küləkli və soyuq olur. Don geyinmək üçün mayın ortalarına qədər gözləməyə məcburuq. Stilistlər bunun üçün maraqlı həll yolu fikirləşib: donları qalın və bol sviterlərlə birləşdirməyi sınaqdan keçirin.

Əlvan printlər

Biz adətən pastel tonları və printləri bir-biri ilə birləşdiririk, parlaq və cəlbedici nümunələri isə cəsarətli olanların seçimidir.

Kəmərin gücü

Kəmərləri müxtəlif paltarlarla və gözlənilməz şəkildə istifadə edin. Onların xüsusilə qalın jaketlər və pencəklərlə vəhdəti mükəmməl alınır. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.