Maraqlı

"Asus" oyun smartfonu buraxmağa hazırlaşır

19 Aprel 2018 21:15
0 Şərh     Baxış: 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Asus" şirkəti oyun smartfonu buraxmaq qərarına gəlib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Cerri Şen Filippində keçirilən mağaza açılışı zamanı bildirib.

Bununla belə, direktor oyun smartfonunun texniki parametrləri barədə məlumat verməyib.

Ekspertlərin fikrincə, "Xiaomi", ZTE və "Razer" şirkətləri bu sahədə "Asus" kimi ciddi rəqib qazanacaqlar. Onlar proqnozlaşdırır ki, "Asus"un oyun smartfonu "qualcomm"un 8 nüvəli prosessoru, "Adreno 630" qrafik sürətləndiricisi və 8 Gb əməliyyat yaddaşı ilə təchiz ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.