Maraqlı

Bakıda qadınların xəyanətinə haqq qazandıran kişilər də var - SORĞU

16 Aprel 2018 20:10
8 Şərh     Baxış: 2 280

Xəyanət deyəndə əsasən kişilərin xəyanəti ağıla gəlir. Amma bu gün kişi xəyanəti qədər qadın xəyanəti də var. Bəs, cəmiyyət qadın xəyanəti barədə nə düşünür? Bu sualla 400 Bakı sakininə müraciət etdik. 

Milli.Az "ACT Azərbaycan"ın apardığı sorğunun nəticələrini təqdim edir. 

Rəyi öyrənilmişlərin böyük əksəriyyəti xəyanəti zərif cinsə yaraşdırmır (96 %). Xüsusilə qadınlar həmcinslərinin xəyanətinə pis yanaşır (98 %). Kişilərin isə 94 %-i qadın xəyanətinə qarşıdır.

3 % respondent üçün hər şeydən öndə şərait və şərtlər gəlir. Xüsusilə kişilər qadınların xəyanətini vəziyyətə görə dəyərləndirməyin tərəfdarıdır (4 %).

Xanımların xəyanətinə müsbət yanaşanlar cüzi də olsa, var (1 %). Qadınların 1%, kişilərin isə 2%-i xanımların xəyanətini yaxşı qarşılayır. 

Sorğu 10-17 yanvar tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

Milli.Az

loading...

Şərh yaz:

8 Şərh:

  • Anonim
    Anonim · 16 Aprel 20:1881

    Salam axşamınız xeyir Allah xəyanət edən kişi və qadının bəlasın.versin.Allahdan qorxuları olmayanlardır öz evlərində əxlaqlı namuslu evdar qadınların qoyub gedirlər əxlaqsızlarin yanına Allahın insanın ağlın.alinca.canin ALSIN.

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 16 Aprel 20:1921

    Veziyyete gore deyerlendirme dedikde neyi nezerde tutublar Meselen heyat yoldaslari onlara nece xeyanet etse yaxsi baxardilar, bu musbet baxan kisiler

    Cavab yaz
  • Anonim
    Anonim · 16 Aprel 20:2332

    Evdar qadınbütün günü uşaq apar getir evin yükün çək yemək bişirmək evi yigisdirmaq. Daha neynemeliyuk bütün yük biz qadınların üstünə düşür Amma üzdəniraqlar bu işləri gornurler.onlar.butun.gunu.oz.jeflerinde.Allah. bizi.belə insanlardan.qorusun Amin AminAmin

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 16 Aprel 20:2642

    İter kişi ister qadin xəyanətinə yaxşı baxan insan yəqin ki əqli cəhətdən qüsurludu. Yəni nəsə ruhi xəstə Şizofrenik xəstə olasan ki xəyanətə yaxsi baxasan

    Cavab yaz
    • Anonim
      Esraya · 16 Aprel 23:0040

      Məsel ücun aydlndl və filiz kimiler haqq qazandiranladi.

      Cavab yaz
  • Anonim
    Platin · 16 Aprel 20:3340

    Qadın xəyanətinə haqq qazandıranlar, başqasının arvadına tamah salan binamuslar olar! Təsədüfən müsahibə verən 1-2 faiz o "gülnarəyə telefon aldım" xəbərinin qəhramanları olmasın?

    Cavab yaz
    • Anonim
      Dilek · 16 Aprel 21:3460

      basqasinin namusuna GOZ TIKEN... oz namusunu qorumaga vaxti olmaz.HZ.ELI.

      Cavab yaz
  • Anonim
    Anonim · 16 Aprel 21:1701

    Saat 7 dən yazmisam

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.