Maraqlı

Futbolçuların olduğu qatarda TƏCAVÜZ QALMAQALI - 19 yaşlı qızı... - FOTO

16 Aprel 2018 22:53
2 Şərh     Baxış: 2 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada qatarda təcavüz hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Münhendən "Bavariya" ilə oyundan qayıdan Mönhenqladbax "Borussiya"sının futbolçularının da olduğu qatarda bir qıza təcavüz edilib. Bu səbəbdən qatardakı bütün sərnişinlər polis nəzarətinə götürülüb.

Bonn şəhərindən olan 19 yaşlı qız polisə təcavüzlə bağlı məlumat verib. "Flörsheim am Main" stansiyasında qatar saxlanılıb. Yerli polis əməkdaşları qatar Mönhenqladbaxa çatana kimi bütün sərnişinləri yoxlayıb. Daha sonra hamının şəxsiyyəti təsdiq edən sənədi toplanıb və hadisənin baş verdiyi qatarda polis araşdırma aparıb.

Bir nəfər şübhəli qismində saxlanılsa da, polis əlavə məlumat verməyib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.