Maraqlı

"Bezdik bu turistlərin əlindən" - FOTO

17 İyul 2018 12:34
2 Şərh     Baxış: 2 711
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın Mayorka adasının inzibati mərkəzi Palma di Mayorkanın meri Antoni Noqera kütləvi turizmlə mübarizəyə başlayıb.

Milli.Az European-a istinadən bildirir ki, adadakı otellərdəki nömrələrin sayı 80 mindən 65 minədək azaldılacaq.

Dünyanın bütün başqa ölkələrində turizmi inkişaf etdirmək və daha çox turist cəlb etmək üçün yollar aranarkən, İspaniyanın Kataloniya vilayətində və Balear adalarında tam əks istiqamətdə addımlar atılır.

Bundan başqa, Mayorkadakı çoxmənzilli yaşayış binalarında mənzillərin turistlərə icarəyə verilməsi yasaqlanıb. Sadəcə, sırf turistlər üçün nəzərdə tutulmuş binalar istisnadır. Yasağı pozanları 40 min avro məbləğində cərimə gözləyir.

Mənzilini turistlərə kirayəyə vermək istəyənlər xüsusi lisenziya almalıdır.

Eyni zamanda, şəhərin tarixi mərkəzində yerləşən və mənzillərin sayı 20-dən çox olan binada otel açmaq yasaqdır.

Ötən il Palma di Mayorka şəhərini 6 milyon turist ziyarət edib. Turizm Mayorka adasının ÜDM-nin 40 faizini təşkil edir.

"Problem turistlərdə yox, turizm modelindədir. Turizm hesabına yaşayırıq, lakin bu, məhdudiyyətlərə əl atmamaq anlamına gəlmir", - mer deyib.

Şəhər sakinlərini çox qıcıqlandıran məqam da turistlərin davranışıdır. Xüsusilə də Britaniyadan olan turistlər içir, əyyaşlıq edir, şəhər küçələrində lüt gəzirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.