Maraqlı

2018-ci ilin 5 ayaqqabı trendi - FOTO

16 Aprel 2018 21:35
4 Şərh     Baxış: 4 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az axşam.az-a istinadən bu il dəbdə olacaq ayaqqabıları təqdim edir:

Kovboy ayaqqabıları - uzun müddətdən sonra bu ayaqqabılar yenə dəbə düşəcək. Onları xüsusən bu ilin yay və payızında geyinə bilərsiniz. Xüsusən ilan dəri və qırmızı rənglilərini bu il festivallarda hər kəsin ayağında görə biləcəksiniz. 

İdman ayaqqabıları - hər il olduğu kimi, bu il də ən çox geyinilən ayaqqabılar sırasındadır. Bu il isə xüsusən açıq rəngləri, ağ, gümüşü, qızılı dəbdə olacaq.

Qısa topuqlu stilettolar - xsusən 80-ci illərdə dəbdə olan bu ayaqqabılar bu il də trend olacaq. Onu geyindiyiniz geyimlərlə və ya aksessuarlarla eyni rəngdə etsəniz, daha gözə çarpan olar.

Plastik ayaqqabılar - plastik bu ilin ən iddialı materiallarından biri idi. İndi isə bu materialdan ayaqqabılar dəbdə olacaq. İstər ayaqqabı, istər uzunboğaz çəkmələrdə plastikə üstünlük versəniz, dəbli görünmüş olarsınız.

Tüklü ayaqqabılar - İstər geyimlərdə, istərsə də ayaqqabılarda tüklər bu il çox dəbdə olacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.