Maraqlı

Tualeti tərtəmiz edəcək SADƏ ÜSUL: Mikrobları da öldürür

13 Avqust 2018 05:30
1 Şərh     Baxış: 15 800

Bir çoxlarımız sirkənin faydalarını və istifadə qaydalarını bilmirik. Halbuki sirkənin inanılmaz dərəcədə mikrob öldürmə kimi xeyirli təsirləri mövcuddur.

Milli.Az ailem.az-a istinadən sirkənin bilmədiyiniz istifadə qaydalarını təqdim edir. 

Yabanı otlardan qurtulun

Bağınızda, ya da bitkiləriniz arasında çıxan istənməyən yabanı otlardan qurtulmaq üçün təbii olmayan kimyəvi vasitələrdən istifadə etməkdən vaz keçin. Onun yerinə istənməyən otların üstünə sirkə tökün. Sirkənin içindəki turşu yabanı otların böyüməsinə əngəl olacaq və torpağa da zərər verməyəcək. Bir stəkan sirkəyə bir stəkan su əlavə edin və hazırladığınız qarışımı bu otların üzərinə tökün.

Həmçinin 2 yemək qaşığı sirkə ilə bir çay qaşığı şəkər tozunu qarışdırıb çiçəklərinizin suyuna töksəniz, onların təzələndiyini görəcəksiniz.

Sirkənin evdə istifadəsi

Sirkə sadəcə bağçanızda və ya bitkilərinizdə istifadə etdiyiniz bahalı kimyəvi maddələrin yerini almaqla yanaşı, tualetlərinizi təmizləmək və dezinfeksiya etməkdə də istifadə edilə bilər.

Tualetinizə sirkə töksəniz, nə olar?

Bu təsirli təmizlik üsulu ilə hamamlarınız və tualetləriniz təmiz və mikrobsuz olacaq.

Lazım olanlar:

1 stəkan sirkə
1 paket soda 

Bir az ilıqlanan sirkəni soda ilə qarışdırın. Bu qarışımı tualetə töküb, bir neçə saat gözləyin. Ən yaxşısı bu prosesi gecə etməkdir. Beləliklə, gecə boyu orda qalan qarışım daha təsirli olacaq. Ya da bu qarışım ilə tualetinizi silə bilirsiniz. Sildikdən 6 saat sonra bir fırça yardımı ilə çirki ovalaya bilərsiniz. 

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Vusal · 14 Avqust 10:4700

    Maraqlıdl

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.