Maraqlı

Saçı tez ağaran adamları bu təhlükə gözləyir

16 Aprel 2018 21:50
1 Şərh     Baxış: 5 229
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli həkimlər müəyyənləşdiriblər ki, saç ağarması yaş və genetik faktorların təsirindən ortaya çıxır. Bu proses hər gün artır və qalıcı olur.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bəzi insanlarda isə saç ağarması erkən yaşlarda, hətta bəzən uşaq yaşlarında da baş verir. Saç ağarması adətən ağ dərili insanlarda 30, qara dərililərdə isə 40 yaşda başlayır. Araşdırmalar 50 yaşdan yuxarı insanların yarıdan çoxunun saçlarının ağardığını sübut edib. Saçların vaxtından tez ağarmasında genetik faktorların mühüm rol oynayır. Bəzi sistematik xəstəliklər və ya dəriylə bağlı problemlər də saçların erkən ağarmasına səbəb olur. Dərinin rəngini təmin edən maddənin - piqmentlərin azalması dəridə ağarmaya gətirib çıxarır. Bu da vaxtından əvvəl yaşlanma sindromları, hipotiroid kimi problemlər yaradır.

Aparılan son araşdırmalar isə gənc yaşlarda siqaret çəkən insanların saçlarının daha tez ağardığını göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.