Maraqlı

Məşhur aktyor müflis oldu - FOTO

16 Aprel 2018 13:51
0 Şərh     Baxış: 4 346

Bir zamanlar Hollivud ulduzu, dünyanın ən məşhur və varlı aktyorlarından biri sayılan, "Nikolas Keyc" kimi tanınan Nikolas Kim Koppola müflis olmaq ərəfəsindədir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 54 yaşlı aktyor 150 milyon dollarlıq sərvətini çox qəribə şəkildə xərcləyib. İndi 65 milyon dollarlıq borc içində orlan aktyor bu borcu ödəmək üçün istənilən işə, təklifə razılaşır.

O, ABŞ-ıen müxtəlif ştatlarında 14 ev alıb. Yeni Orleanda "içində ruhlar" olan bina bu evlərdən biridir. "LaLaurie" adlı bu ev üçün aktyor 3,45 milyon dollar ödəyib.

Daha sonra o, bir neçə raritet lüks avtomobil və afrikalı piqmeylərin qurudulmuş kəllələrini alıb.

Nikolas Keyc hesab edir ki, piqmeylərin gücü onların kəllələrinin sahibinə keçir.

O, "qara bazar"da dinozavr kəlləsi də almışdı. Lakin bu kəllənin oğurluq olduğu aşkarlanandan sonra Keyc onu qaytarmaq məcburiyyətində qalmışdı.

Bununla da kifayətlənməyən Keyc 1,6 milyon dollara komikslər kolleksiyasını alıb. Kolleksiyada ilk dəfə Supermenin əks olunduğu "Action Comics №1" da vardı.

Komiksi 2000-ci ildə Keycin evindən oğurladılar.

N.Keycin kobralar, köpəkbalıqları, timsah və s.-dən ibarət zooparkındakı balıqlarla heyvanlarda sürətlə ölüblər.

Aktyor indi evlərini və kolleksiyalarını satmağa çalışsa da, hələlik heç nə alınmır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.