Maraqlı

Buşun xanımı ölümcül xəstədir - FOTO

16 Aprel 2018 11:35
2 Şərh     Baxış: 1 743

ABŞ-ın sabiq prezidenti ata Corc Buşun xanımı, 92 yaşlı Barbara Buş hospitallarda bir neçə uğursuz müalicə kursundan sonra yeni müalicədən imtina edib.

Milli.Az ABC-yə istinadən bildirir ki, Barbara Buş hospitala getməkdən boyun qaçıraraq ailəsinin yanında qalmaq istədiyini söyləyib.

Ölümcül xəstə olan Barbara Buşun xəstəliyinin adı açıqlanmır. 2017-ci ildə bronxit və zobdan müalicə olunan B.Buş 2009-cu ildə ürəyində əməliyyat olunmuşdu.

Bu arada CBS News telekanalının saytında Barbara Buşun vəfat xəbəri və nekroloq dərc olunub.

Yazının başlığında "Dərc olunmasın" sözləri vardı. Bir qədər sonra məqalə saytdan yığışdırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

2 Şərh:

  • Anonim
    fidan · 16 Aprel 13:1700

    Melumatı duzgun yazin. Xanimi yox anasi olmalidir.

    Cavab yaz
    • Anonim
      .. ' · 16 Aprel 13:5260

      Melumat duzdur.Atanin da ogulun da adi Corc dur.Soyad Buw.Evler yixmisiniz ay BUW ailesi.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.