Maraqlı

Sağlam və sürətli saqqal uzatmağın YOLLARI - FOTO

15 Aprel 2018 23:51
0 Şərh     Baxış: 3 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha öncə saqqal saxlamış da ola bilərsiniz, saqqalını istədiyi formaya sala bilməyən də...

Əslində, bunun elə də bir önəmi yoxdur. Əsas odur ki, gələcəkdə saqqalın sizə yaraşıb, yaxud yaraşmadığını bilirsiniz.

Sağlam dərinin saqqala təsiri...

Milli.Az oxu.az-a istinadən bildirir ki, dəyişməyən bir gerçək var: Dəriniz nə qədər sağlamdırsa, saqqalınız da bir o qədər sağlam və sürətli şəkildə uzanar.

Ona görə də günün sonunda üzünüzdə yığılan yağı və çirki təmizləmək lazımdır. Bu, gündə iki dəfə olmalıdır: Yuxudan öncə və sonra.

Həmçinin, həftədə iki dəfə sizə uyğun olan dəri təmizləyici vasitələrlə üzünüzü təmizləyin və nəmləndirici kremlərin dərinizi qoruduğunu unutmayın.

B vitamini bir yana, dünya bir yana...

B7 vitamini saqqalınızın ən yaxşı dostudur. Vitaminləri isə təbii yollardan almaq daha faydalıdır. B vitaminləri saç, saqqal, dəri və dırnaqlardakı proteinlərə güc verir və hədəflərinizə çatmaqda sizə köməkçi olur. Tək B7 vitamini yox, digər B1, B2 və B3-ü də araşdırmağınızı məsləhət görürük.

Susuz qalmayın!

Su sözügedən mövzuda da önəmli rol oynayır. Qısacası, su bədənimizdə nəqliyyat vasitəsididir. Susuz qalanda saqqallarımız da daxil olmaq üzrə hüceyrələr yenilənmir. Sözsüz ki, saqqalınız uzanmağa davam edəcək, amma gücsüz, solğun bir saqqalı uzatmaqdansa, kəsməyiniz məsləhətlidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.