Maraqlı

Külək soyğunçunu pulsuz qoydu - VİDEO - FOTO

15 Aprel 2018 19:47
0 Şərh     Baxış: 589

Britaniyanın Droylsden şəhərində külək soyğunçunun başına oyun açıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisənin videosunu Böyük Mançester qraflığı yayıb.

Soyğunçuluq hadisəsi martın 17-də baş verib. İki nəfər turizm agentliyinin işçilərini hədələyərək pulları götürüb.

Hadisə yerindən qaçan zamanı soyğunçulardan biri oğurlanmış pulları şalvarında gizlədib. Lakin güclü külək nəticəsində əsginaslar küçəyə səpələnib. Cinayətkar pulları yığmayaraq hadisə yerindən qaçıb.

Hazırda polis şübhəli şəxslərin axtarışını davam etdirir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Külək soyğunçunu pulsuz qoydu

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.