Maraqlı

Əsas məsələ insanın nəyi eşitməsi deyil, nəyi eşitmək istəməsidir

17 Aprel 2018 08:46
4 Şərh     Baxış: 847

İlk dəfə idi ki, Nyu-Yorka gəlmişdi. "Göylərə baş çəkən" binalar, saysız-hesabsız insanlar onu əməlli-başlı heyrətləndirmişdi. İzdihamlı bir küçədən keçəndə qulağına haradansa doğma bir səs gəldi. Ayaq saxlayıb, diqqətlə qulaq asdı.

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, bu, bir cırcıramanın səsi idi. Səs böyük bir mağazanın qarşısındakı çayırlıqdan gəlirdi. Yaxınlaşıb diqqətlə baxmağa başladı. Bu vaxt mağazanın satıcılarından biri ona yaxınlaşıb: "Sizə nə kömək edə bilərəm?" - deyə soruşdu. "Çox sağ olun, bir şey lazım deyil. Sadəcə olaraq, mənə elə gəldi ki, buradan cırcırama səsi gəlir", - deyə cavab verdi. Satıcı təəccübləndi və "Nyu-Yorkda cırcırama? Bu ki mümkün deyil", - dedi. Ancaq qonaq fikrində qəti idi. Çox axtarandan sonra cırcıramanı tapdı. Cırcıramanı görən satıcı heyrətini gizlədə bilmədi və "Yəqin ki, sizin qeyri-adi qabiliyyətiniz var. Yoxsa bu səs-küydə bir böcəyin səsini necə eşitmək olar?" - dedi. Qonaq gülümsədi və cibindən xırda bir pul çıxarıb havaya atdı. Pul yerə düşən kimi səsinə onlarla adam ayaq saxladı. Artıq "son sözü" demək vaxtı idi: "Əsas məsələ insanın nəyi eşitməsi deyil, nəyi eşitmək istəməsidir".

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Tovuzlu Tutu · 17 Aprel 09:3510

    Başlıqdakı cümləni çox bəyəndim.

    Cavab yaz
  • Anonim
    E · 17 Aprel 09:4910

    Söz bumeranqdır qarşılığı sənə qayıdır.Hamının sənə eşitmək istədiyin sözü deməsi üçün sənin də hamıya eşitmək istədiyi sözü deməlisən.Saylmaq əzizlənmək üçün sayıb əzizləməlisən.

    Cavab yaz
  • Anonim
    asi · 17 Aprel 10:1500

    Uşaq vaxtı cırcırama tutmağım yadıma düşdü..Gəlib sıra ilə qonardılar setkaya.Mən də bir bir tutardım..Quyruğundan tutanda çevrilib əlimi dişləyirdi həmişə.Ona görə qanadlarından tutmağa çalışırdım).. Heyif o günlərdən...

    Cavab yaz
  • Anonim
    MiruMir · 17 Aprel 10:3800

    Son cumlesini cox beyendim. Pul sesini kim esitse hemin saniye dayanir. Demek ki, her kes pul sesi esitmek isteyir ...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.