Maraqlı

Ölmüş insan beynindən xatirələr çıxarılacaq

17 Aprel 2018 08:51
0 Şərh     Baxış: 1 472

İsrailli tədqiqatçılar laboratoriya siçanlarının beyinlərini araşdırıblar. Bu araşdırma çərçivəsində onlar siçanların həyatlarının son dəqiqələrində keçirdikləri duyğular ilə müəyyən genlərin təsiri arasındakı əlaqəni aşkar ediblər. Beləliklə israilli alimlər bizim xatirələrimiz sayəsində beynimizdə qalan genetik işarələri tapıblar.

Milli.Az technote.az-a istinadən bildirir ki, onlar güman edirlər ki, bu işarələrdən istifadə edərək ölümdən sonra insanın beynindəki xatirələri çıxartmaq mümkündür. Tədqiqatçılar ümid edirlər ki, bu cür kəşf cəmiyyət üçün çox faydalı olacaq. Məsələn polislər qətlə yetirilmiş şəxsin beynindəki xatirələri çıxardıb onları incələyə biləcəklər. Alimlər bu cür perspektivli texnologiyanı maraqlı adlandırsalar da, onu tamamilə gələcək üçün planlaşdırırlar.

Belə ki, hazırki texnologiyalar bunu etməyə imkan vermir. Lakin bu məsələdə bir nüans ondan ibarətdir ki, ölmüş şəxsin beynindəki xatirələri tez çıxartmaq lazım olacaq. Belə ki, insanın ölümündən bir neçə dəqiqə sonra beyindəki zülallar artıq məhv olmağa başlayırlar. İnsan beyni genlər tərəfindən idarə olunan yeni zülallardan istifadə edərək neyronlar arasındakı yeni birləşmələrdə xatirələri saxlayır. Alimlər hələki bu cür təcrübəni yalnız siçanlar üzərində reallaşdırıblar. Lakin yaxın gələcəkdə bu təcrübənin həmçinin digər canlılarda və hətta insanlar üzərində də aparılması planlaşdırılır.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.