Maraqlı

"Xiaomi" "GoPro"-nu ala bilər

17 Aprel 2018 08:31
0 Şərh     Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin "Xiaomi" şirkəti action-kameraların istehsalı ilə məşğul olan "GoPro"-nu ala bilər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, buna səbəb "GoPro"-nun son illərdə 10 mlrd. dollardan 768 mln. dollara qədər ucuzlaşmasıdır.

Qeyd edək ki, "GoPro" şirkəti 2002-ci ildə Nik Vudman tərəfindən yaradılıb. O, ötən il şirkəti satmağa hazır olduğunu bildirib.

"Xiaomi" şirkəti isə action-kameralar bazarında yeni deyil. Daha əvvəllər o, Çinin "YI Technology" adlı startapı ilə birlikdə kameralar istehsal edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.