Maraqlı

“Microsoft” uşaqlar üçün oyun xalçası hazırladı

17 Aprel 2018 07:51
0 Şərh     Baxış: 309

"Microsoft" şirkətinin mütəxəssisləri tərəfindən "Project Zanzibar" texnologiyası hazırlanıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, yeni texnologiya fiziki obyektləri identifikasiya etməyə və izləməyə imkan verən kiçik elastik xalçadan ibarətdir.

"Zanzibar" uşaqlara öz oyuncaqlarını fiziki reallıqdan rəqəmsal dünyaya "daşımağa" və onların səsli, vizual və digər xüsusi effektlər sayəsində necə canlandığını görməyə imkan verir.

Xalça fərdi kompüterə və ya planşetə qoşulduqdan sonra qurğu tərəfindən qəbul edilən obyektin təsviri ekranda görünür. Xalça üzərində bir neçə obyekt olduqda "Zanzibar" hər bir predmetin yerdəyişməsini izləyir və onları dəqiqliklə müəyyən edir.

Layihənin təqdimatı aprelin sonunda Kanadanın Monreal şəhərində keçiriləcək "Hesablama sistemlərində insan amili" konfransında (ACM CHI-2018) təqdim olunacaq.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.