Maraqlı

Xiaomi oyun pultlu smartfon təqdim etdi

17 Aprel 2018 07:41
0 Şərh     Baxış: 319

Çinin "Xiaomi" şirkəti aktiv qeymerlər üçün nəzərdə tutulmuş "Black Shark" adlı qeyri-adi oyun smartfonunu təqdim edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, "Xiaomi Black Shark" smartfonu özünəməxsus dizayna malikdir. Aparat 2160x1080 piksel təsvir ölçülü 5,99 düymlük ekran və "Qualcomm Snapdragon 845" qabaqcıl prosessoru ilə təchiz edilib. Smartfonun əməli yaddaş tutumu 6/8 QB, daxili yaddaşı isə 64/128 QB təşkil edir. Qurğunun əsas kamerasının iki sensoru 12 və 20 meqapiksellik təsvir ölçüsünə malikdir, ön tərəfdə isə selfi üçün 20 meqapiksellik kamera quraşdırılıb.

"Xiaomi"nin oyun smartfonunun özəlliyi aşağı hissədən ona birləşdirilən coystikə malik oyun pultunun mövcud olmasıdır. Bundan başqa, sözügedən aparatda reallaşdırılmış maye soyutma sistemi oyun zamanı smartfonun çox qızmasının qarşısını alacaq. Nəhayət, smartfon yüksək məhsuldarlıq rejimini aktivləşdirən xüsusi düymə ilə təchiz edilib.

"Android 8.1 Oreo" əməliyyat sisteminin idarəetməsi altında işləyən "Xiaomi Black Shark" qurğusuna qurulmuş akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Smartfonun ölçüləri 161,6x75,4x9,25 mm, çəkisi isə 190 qram təşkil edir.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.