Maraqlı

“Word” faylları vasitəsilə yeni təhlükəli virus yayılır

17 Aprel 2018 07:21
0 Şərh     Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Menlo Security" şirkətinin mütəxəssisləri maliyyə və İT təşkilatlarına qarşı həyata keçirilən kiberhücum dalğası qeydə alıblar. Hücum "Microsoft Word" proqramında aşkar edilmiş boşluqdan istifadə edən yeni çoxpilləli metod vasitəsilə həyata keçirilir. Bu haqda "TreatPost" nəşri yazıb.

Milli.Az ICTnews-a istinadən bildirir ki, zərərli sənədlər nəhəng korporasiyaların əməkdaşlarının elektron ünvanlarına fişinq məktubları şəklində göndərilir. Bir qayda olaraq, "docx" formatında olan bu fayllar yoluxdurulmuş elementlərə malik xüsusi HTML teqlərdən ibarətdir. Qurğuya düşən kimi aktivləşən bu fayllar öz növbəsində "FormBook" proqram təminatını yükləyirlər.

Zərərli alqoritm olan "FormBook" kompüterin funksionalının bir çox hissəsinin (faylların yüklənməsi, şifrlərin ələ keçirilməsi, müxtəlif proqramların işə salınması və sairə) hakerlərin nəzarətinə keçməsinə imkan yarada bilər.

Yeni hücum dalğasının özəlliyi odur ki, zərərli bərkitmənin  aktivləşdirilməsi üçün makros tələb olunmur. Hakerlər tərəfindən istifadə edilən boşluq "CVE- 2017-8570" adlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.