Maraqlı

Kişilər bunları seksual hesab edir - XANIMLAR, XƏBƏRİNİZ OLSUN

14 Aprel 2018 21:05
11 Şərh     Baxış: 4 844

Qadınlar çəki, saç, üzdəki qırışları çox zaman özünə dərd edir. Lakin dəyişdirməyə çalışdığımız bəzi şeyləri əslində kişilər seksual hesab edir.

Milli.Az lent.az-a istinadən onlardan bir neçəsini təqdim edir.

Səhər yuxudan oyanarkən gərnəşmək

Kişilər səhərlər oyandığınız zaman gecə geyimində gərnəşməyinizi seksual hesab edirlər. Bu halınız onlara müdafiəsiz, içdən və həssas gəlir.

Dağınıq saçlar

Saçlarınızı yığmaq üçün vaxt və pul xərcləsəniz də, kişilər təbii saçları daha çox bəyənir. Dağınıq saçlar baxımlı saçlardan daha çox kişiləri cəlb edir.

Makiyajsız halınız

Kişilərin çoxu qadınları təbii makiyajlı və ya makiyajsız bəyənirlər. Bunun səbəbi təbiiliyi sevmələri deyil. Kişilərin çoxu öpüşərkən bütün makiyajınızın onun üzünə yayılmasından narahat olur. Makiyaj onlara bir baryer kimi gəlir.

Azca göbək

Qadınlar incə belə sahib olmaq üçün müxtəlif pəhrizlər və məşqlər edir. Ancaq kişilər düz bir göbəkdənsə yumru və yumşaq göbəyə üstünlük verirlər. Dünyanın ən seksual qadınlarından biri olan Merlin Monro əbəs yerə deməyib ki, "Beli olmayan bir qadın eyvansız evə bənzəyir".

Qırışlar

Qadınların ən böyük problemlərindən bir də qırışlardır. Əslində, kişilər qadınların üzündəki bir neçə xətti seksual hesab edirlər. Qırışlar təcrübəli, yetkin və ağıllı bir qadın təəssüratı yaradır.

İştaha

Çəkisi ilə problemləri olan qadınlar kişilərə cazibədar görünmədiklərini düşünmürlər. Halbuki kişilərin əksinə, sağlam, ancaq iştahalı qadınlardan xoşu gəlir. Sevgilinizin qarşısında istədiyinizi yeməyiniz özünə inamlı biri olduğunuzu göstərir. Bu formada bir kişinin etibarını çox asan qazana bilərsiniz.

Eynək

Yetkinlik dövründə gənc qızların eynək taxmaqdan çox xoşları gəlməsə də, yetkin olduğunuz zaman eynək taxmaq tam əks təsir yaradır. Eynək taxan qadınlar kişilərin marağını digərlərindən daha tez cəlb edir. Eynək qadını seksual, özünə inamlı və müstəqil göstərir.

Ağ qalan bikini yeri

Yayda günəş vannası qəbul edərkən bədəndə ağ xətlər qalır. Qadınların çoxu bundan narahat olur. Ancaq kişilər bunu çox əhəmiyyətsiz hesab edir. Əksinə, bu kontrast onlara seksual gəlir.

Uzun ətək

Mini ətəklə müqayisədə seksual olduğunu düşünmürsünüz. Lakin uzun ətəklər ortaya çıxmağı gözləyən bir sirr saxlayır. Tərəf müqabiliniz ayaqlarınızı çox görə bilər. Ancaq uzun ətək xəyal gücünü hər dəfə canlandırır.

Çılpaq ayaqlar

Kişilərin böyük əksəriyyəti qadınların çılpaq ayaqlarını seksual hesab edirlər.

Milli.Az

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 14 Aprel 21:0953

    Eynek ve qırışları çixmakla qalanlari düz ola biler

    Cavab yaz
    • Anonim
      Filiz · 14 Aprel 22:2543

      Qiris ve uzun etek mence yox

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 14 Aprel 22:4342

        Uzun etek ola biler men uzun paltar yalniz mene eziz olan kiminse toyunda nisaninda vecerni uzun geyinirem qeyri adi cox gozel gorunur evde o qeder shalvar rahat sportivni geyinirsen ki, qefil uzun geyinende qeyri adi,cazibedar gorunur

        Cavab yaz
      • Anonim
        Filize · 15 Aprel 17:4501

        Sen geyinme hecne

        Cavab yaz
  • Anonim
    Jalə · 14 Aprel 21:2640

    Kişilər bunları sevməsə də sizi bu məqaləni təkrar-təkrar verərək beyinlərinə yerlaşdirdiz))

    Cavab yaz
  • Anonim
    Alek · 14 Aprel 21:3840

    Duz yaziblar.Men bele xoslayiram

    Cavab yaz
  • Anonim
    SIRVANLI · 14 Aprel 21:4140

    burda daha duzgun azca gobekdi. xoslayiram qadinda bir az gobäk.

    Cavab yaz
  • Anonim
    Emil_046 · 15 Aprel 00:1940

    Qadın hər zaman gözel ve cazibədardı.yazılanlar boş şeylərdi.sevən kişi üçün öz qadini cazibədar olmalıdı.başqa birində cazibədarliq axtarmamalıdı mənim fikrimcə

    Cavab yaz
    • Anonim
      Jale Kazimzulfu qarli · 15 Aprel 16:1110

      Fikirleriniz dogrudur.Xanimlar her yashda gozeldirler.Menim fikrimce.

      Cavab yaz
  • Anonim
    Bayern⚽ · 15 Aprel 07:4300

    Sadalananların əksəri maraqlı və düzgün fikrlərdi.ən çoxda eynəkli və uzun ətək qadınlar daha çox cəlbedicidir

    Cavab yaz
  • Anonim
    Jale Kazimzulfu qarli · 15 Aprel 16:0910

    Eynek duz ola biler.Xanimlar her yashda gozeldir .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.