Maraqlı

Alimlərdən smartfonlarla bağlı araşdırma - TƏHLÜKƏ TAPILDI

14 Aprel 2018 18:30
0 Şərh     Baxış: 1 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər il daha çox yayılan elektron cihazlardan asılılıq insanları bədbəxt edir və asılılıq yaradır.

Milli.Az report.az-a istinadən bildirir ki, ABŞ-ın San-Fransisko Universitetindən olan araşdırmaçılar belə qənaətə gəliblər. Onların araşdırmaları "Sciencedaily" jurnalında dərc edilib.

Tədqiqatçılar hesab edirlər ki, smartfonlardan daha çox istifadə edən insanların beyinlərində asılılıq yaradan nevroloji əlaqələr yaranır. Bu, məsələn, çox ağrıkəsici qəbul edən insanlarda yaşananlarla oxşardır.

Araşdırmaçılar elektron cihazlardan asılılığın sosial əlaqələrə də təsir etdiyini müəyyənləşdiriblər. Belə ki, vaxtının çoxunu sosial şəbəkələrdə keçirənlər həmsöhbətinin jestlərindən, üz ifadələrindən və intonasiyalarından xəbərsiz olur.

Araşdırma müəllifləri smartfonlar və kompüterlərdən daha az istifadə etməyi məsləhət görürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.