Hər nə qədər qadınlar tərəfindən kişilərin ilk görüşdə çox az nöqtəyə diqqət etdiyi düşünülsə də, əslində kişilər tərzdən qoxuya qədər bir çox məqamlara diqqət edir.
Milli.Az axşam.az-a istinadən kişilərin ilk görüşdə nələrə diqqət yetirdiyini nəzərinizə çatdırır:
Tərz - Xarici görünüş önəmli deyil deyənlərə aldanmayın. Bir kişini heyran buraxmaq üçün əvvəlcə özünüzə xas bir tərziniz olmalıdır.
Saçlar - Saçlarınız hər zaman təmiz və baxımlı olmalıdır.
Makiyaj - Makiyajınızı sadə və təbii edin. Kişilər abartılı makiyajı sevmirlər.
Ətir - Yanına yaxınlaşdığınızda ətrinizdən təsirlənməsi gərəkdir. Gün bitib evə getdiyində belə qoxunuzu xatırlamalı, hiss etməlidir.
Dikdaban ayaqqabı - Kişilərin qadınlarda ən cəlbedici hesab etdikləri şey dikdaban ayaqqabılardır. Onu geydiyinizdə hər zaman özgüvənli bir şəkildə yeriyin.
Özünüzü öymə - Unutmayın ki, kişilər "Mənəm, mənəm" deyən qadınları sevmirlər.
Şikayət - Kişilərin heç sevmədiyi şey şikayətlənməkdir.
Milli.Az