Maraqlı

İnsanları inandıqları şeyin səhv olduğuna niyə razı edə bilmirik?

15 Aprel 2018 23:40
3 Şərh     Baxış: 881

İnsanları inandıqları şeyin yanlış olduğuna,qarşılarına sübuta yetirilmiş gerçəkləri qoyaraq razı salmağa çalışmısınız ? Böyük ehtimalki çalışmısınız.Bəs bu razı salma səylərinin nəticəsində fikrini dəyişdirən oldumu ? Cavabınız çoxluqla ehmtimalki "xeyr" olacaq.

Əslində razı salmağa çalışdığınız insanlar,qarşılarına nə qədər sübut qoysanız qoyun,inandıqları şey hər nədirsə normalda ona daha sıx sarılmağa başlayırlar. Bunun ən təməl səbəbi də formalaşdırdıqları dünya görüşünün təhdid altında olduğunu düşünmələridir. Əslində bu davranış forması iki faktorun nəticəsidir: İdraki uyğunsuzluq və geri çəkilmə effekti.

Milli.Az yasilelm.com-a istinadən bildirir ki, idraki uyğunsuzluq nəzəriyyəsi Leon Festinger tərəfindən 1957-ci ildə ortaya qoyulmuşdur.Bu nəzəriyyə,insanın idraki formalaşmasında sıx-sıx meydana gələn zidiyyətli halların anlaşılması ilə bağlıdır.
İnsanın zehnində zidd düşən fikirləri,hissləri olduğu zaman duyduğu bir narahatlıq halı vardır.Bu ziddiyyət,bir qeyri müəyyənlik,bir disbalans yaradır.Rahatlamaq və zehni balansı təmin etmək üçün bu qarşıdurmanı sonlandırmaq məqsədi ilə bizi içdən içə dürtən bir şeylər hiss edərik.Qarşıdurmanı yaradan zehni faktorlardan birini və ya bir neçəsini tutarlı və tarazlı bir zehnin mühitinə qovuşmaq üçün manipulyasiya edərik.Yəni öz özümüzü aldadırıq və bu bizi rahatladır.

İlk dəfə Brendan Nyhan və Jason Reifler tərəfindən termin olaraq istifadə edilən Geri Çəkilmə Effekti (Backfire Effect) isə inanclarına zidd bir dəlil ilə qarşılaşan fərdlərin bu dəlili rədd edərək inanclarına daha da sıx bir şəkildə bağlanmalarını ifadə edən idraki bir yanılmadır.

Geri çəkilmə effektinə görə,fərdlərin doğru olaraq qəbul etdikləri hər hansı bir fenomen elmi olaraq "çürüdüldüyündə" belə fərdlər üzərində tam əksi bir effekt yarada bilir.İnanc nə qədər ideoloji və duyğu təməllidirsə,əks dəlilin təsirsiz olma ehtimalı o dərəcədə artır.Dəlilin doğru olma ehtimalına daha açıq olmaq yerinə bir çox kəs ilk etapda qəbul etdikləri fenomenin doğru olduğuna razı olurlar.
Bilinən gerçəklər vəziyyəti daha da pisləşdirə bilir.O halda insanları inanclarının xətalı olduğuna razı salmaq üçün nələr edə bilərik ?

1.Hissləri mövzudan uzaq tutun.
2.Müzakirə edin,ancaq hücum etməyin.
3.Diqqətli qulaq asın və qarşı görüşü də tam olaraq anlamağa çalışın.
4.Hörmət edin.
5.Niyə bu fikrə inandığını anladığınızı ifadə edin.Dəyişən gerçəklərin,mütləq dəyişən dünya görüşləri anlamına gəlmədiyini açıqlayın.

Əlbəttə bu strategiyalar,insanların zehnini dəyişdirmək üçün hər zaman effektli olmaya bilər,amma cəhd etməkdə və anlamaqda fayda var.

Milli.Az

Şərh yaz:

3 Şərh:

  • Anonim
    İQ · 16 Aprel 00:4700

    Bu məqalə mən deyərdim ən çox din,ateizm sahəsinə aiddir.Çünki hər iki tərəfə bir-birlərinə qarşı dəlil gətirsən qəbul etməzlər.Necə deyərlər insan inanmaq istədiyinə inanır.Amma şəxsi fikrimə əsasən bildiyim bir bilgini hansısa möhkəm dəlilə əsaslanaraq bilirəmsə ona qarşı gətirilən dəlilin doğru olduğuna mütləq şübhə ilə yanaşcam.Dəlilin özünün dəlil olmasını dəlil gətirən dəlil olmalıdır.O halda qəbul olunur.Çox uzatmayım Eynşteynin çox gözəl bir mövzuyla əlaqədar sözüyə bitirim : Doğrunu gördükləri halda düşüncələrini dəyişdirməyənlər cahillikləri ilə xoşbəxtmiş kimi yaşayarlar.

    Cavab yaz
    • Anonim
      Prince of Persia · 16 Aprel 21:4500

      Bu ise sosial formasiyanı deyišmeyecek.Hemişe avamlar, dayazlar, qaragüruhlar 90 %+ olacaq...

      Cavab yaz
    • Anonim
      Prince of Persia · 16 Aprel 21:4600

      Din barede.. Beli, men de bele düşünmüşdüm

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.