Maraqlı

Uğurlu gələcək üçün 30 yaşlarda həyatınızda dəyişdirməli olduğunuz 13 məsələ

15 Aprel 2018 22:20
3 Şərh     Baxış: 5 869

Sam Walton "Walmart"ı 44 yaşında təsis edib; Julia Child  ilk yemək resepti kitabını 60 yaşında yazıb. Sizin ən yaxşı illəriniz bəlkə də qabaqdadır.

Bu sizin növbəti illərdə vaxtınızı necə sərf etməyinizdən asılı olacaq, məsələn, siz qənaət etməyə başlayacaqsınız yoxsa kredit kartların sayını artıraraq daha çox borclanacaqsınız?

Moneta.az uğurlu gələcək üçün 30 yaşlarda həyatınızda dəyişdirməli olduğunuz 13 şeyi təqdim edir:

1. Siqareti atın.

Əgər siz siqaret çəkməyə təzə başlamısınızsa, siqaret çəkməyi dərhal dayandırın.

Siqaret çəkməklə əlaqədar bədəninizə vurduğunuz zərərləri geri qaytara bilməsəniz də, araşdırma göstərir ki, 40 yaşından öncə siqareti buraxanlarda ölüm riski siqareti çəkməkdə davam edənlərlə müqayisədə 90% azdır.

2. Hər gün eyni vaxtda yatmağa və eyni vaxtda səhər yuxudan oyanmağa başlayın.

Həftə ərzində yığılmış yuxusuzluğunuzu və yorğunluğunuzu həftəsonları daha çox yataraq kompensasiya edə bilərsiniz, lakin hər gün eyni vaxtda yatmaq və eyni vaxtda durmaq tövsiyyə olunur.

Hətta, bir neçə gün artıq yatsanız, ekspertlər sizin bədən saatınızın fərqli tsiklə düşmək riski ilə qarşılaşa biləcəyinizi deyirlər.

3. Müntəzəm idmanla məşğul olmaq

İmkan olduqca, hərəkət etməyə çalışın. Bunun gəzmək, velosiped sürmək, qaçmaq və ya üzmək olmasının o qədər də fərqi yoxdur. Əsas odur ki, hərəkət edirsiniz.

30 yaşlarında insan əzələ kütləsini itirməyə başlayır, buna görə də bu yaşlarda idmanla məşğul olmaq xüsusilə vacibdir. Lakin, sevdiyiniz fiziki fəaliyyətləri seçməyi unutmayın, çünki sevmədiyiniz idmanı uzun müddət edə bilməyəcəksiniz.

4. Gündəlik tutmağa başlayın.

5. Pula qənaət etməyə başlayın.

Erkən yaşlarda pula qənaət etmək vərdişini qazanmaqla, bu vərdişi gələcəkdə də asanlıqla davam etdirə biləcəksiniz.

6. Arzularınızı reallaşdırmağa başlayın.

Həyat məqsədlərinizi təxirə salmayın. Ev almaq istəyirsiniz? Övlad sahibi olmaq istəyirsiniz? Kitab yazmaq istəyirsiniz? ... Bunlardan hər hansı birini seçin və başlayın.

7. Əlinizdə olanlarla xoşbəxt olmağı öyrənməyə başlayın.

Əlinizdə olanlarla qane olursunuzsa, sizi daha xoşbəxt həyat gözləyir.

Bu əsasən münasibətlərdə özünü göstərir. Psixoloqlar bildirirlər ki, bir-birlərinə müntəzəm minnətdarlıq bildirən cütlüklər bir yerdə daha uzun müddət qalır və daha xoşbəxt yaşayırlar.

8. Hər kəsi razı salmaq məcburiyyətində deyilsiniz.

9. Digərləri ilə müqayisə etməyi dayandırın.

Əgər siz bacı-qardaşlarınızın və ya dostlarınızın həyatda qazandıqlarını əldə edə bilmirsinizsə, rahat olun. Özünüzə qarşı qəddar olmayın.

Elmi araşdırmalar göstərir ki, özünü digər insanlarla müqayisə etmək qeyri-məhsuldar bir işdir.

10. Etdiyiniz səhvlərə görə özünüzü bağışlamağa başlayın.

Hamımız çoxlu səhvlər edirik. Keçmişdəki səhvlərin üzərində çox fikirləşməyin, onlardan dərs alaraq unudun getsin və irəliyə hərəkət edin.

Səhv edən zaman özünüzə qarşı lütfkar olsanız, səhvlərinizdən öyrənmək və növbəti dəfə daha yaxşısını etmək şansı əldə edirsiniz.

Bunun bağlı kiçik bir məsləhət: Dostunuz və ya yaxınınız səhv edən zaman ona necə davranırsınızsa, özünüzə qarşı da elə rəftar edin.

11. Dəyərlərinizi müəyyən etməyə başlayın.

Digər insanların sizin üçün xoşbəxtliyi və uğuru müəyyən etməyə icazə verməyin.

Bu mərhələdə birinci əsas iş prioritetlərinizin əslində nə olduğunu aydınlaşdırmaqdır!

Bunu etməyin ən yaxşı yolu şəxsi dəyərlərinizi müəyyən etməyinizdir və 3 şəxsi dəyərdən ibarət siyahı idealdır. Daha sonra bu dəyərlərin karyeranızda və həyat tərzinizdə əks olunub-olunmaması ilə bağlı özünüzə sual verin.

Əgər cavabınız xeyrdirsə, bu dəyərlərə bağlı məqsədlər qurmağa başlaya bilərsiniz və bu məqsədlərə çatmaq üçün plan qurmalısınız.

12. Gün ərzində 1 saat kitab oxumağa başlayın.

Gündə 1 saat kitab oxumaqla, 1 ilin sonunda 30 ədəddən çox kitab oxumuş olarsınız.

13. Digər insanları mühakimə etməyi dayandırın.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    teselli · 15 Aprel 22:2510

    heyf bize aid deyil bele weyler((bizim arzularimiz ureyimizde qalaraq koceceyik bu heyatdan

    Cavab yaz
  • Anonim
    Resid-32 · 15 Aprel 23:0660

    Sukur olsun Allaha, burda sadalananlarin coxunu 30 yox 20 yasdan basladim ve 30 a catdanda Allahin komeyi ile ve halal zehmetimin neticesinde, cetilikle de olsa vacib olan her seye nail oldum.ALLAHA COX SUKURLER OLSUN!

    Cavab yaz
    • Anonim
      $.$.$. · 16 Aprel 06:2940

      Hər şey Allahın əlindədir deyib otursaq yerimizdə sayarıq. Siz duzgun edibsiniz Rəşid qardaş. mənim atam da öz zəhməti sayəsində özunə biznes qurdu. indi şukurlər olsun ki böyuk ailəmizin hec nəyə ehtiyacı yoxdur. maddiyyat olmasa inkişaf da olmaz .bu gunki təhsil almaqımın gözəl geyinməyimin hər bir istəyimin qarşılanması atamın zəhməti sayəsində alınır. Atamın əllərində öpur qarşısında baş əyirəm.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.