Maraqlı

Ən varlı 1% sürətlə varlanmaqda davam edir

15 Aprel 2018 22:05
0 Şərh     Baxış: 1 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən varlı 1% insanları 2030-cu ilə qədər qlobal sərvətin üçdə ikisinə nəzarət edəcəklər.

Milli.Az moneta.az-a istinadən bildirir ki, bu barədə Böyük Britaniya parlamentinin hesabatında bildirilir.

Elit təbəqə hazırda dünya sərvətinin 50%-ni idarə edir, lakin bu rəqəm artmaqdadır.

2008-ci il maliyyə böhranından sonrakı trend davam edərsə, ən varlı 1% 12 ildən sonra qlobal sərvətin 64%-nə nəzarət edəcək.

Ən varlı 1%-in sərvəti illik 6% artır. Müqayisə üçün qeyd edək ki, dünya əhalisinin sərvəti illik 3% artır.

Belə davam edərsə, ən varlı 1%-in ümumi sərvəti 305 trilyon dollara çatacaq (2018-ci ildə bu rəqəm 140 trilyon dollardır).

Hesabatın müəllifi Leyboristlər partiyasından millət vəkili Liam Byrne qeyd edib ki,

"Biz iqtisadiyyatımızın işləmə qaydalarını yenidən yazmaq üçün addımlar atmasaq, o zaman qeyri-bərabər gələcək üçün özümüzü qınayacayıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.