Maraqlı

Jack Ma kimdir və “Alibaba” necə yarandı?

15 Aprel 2018 21:05
0 Şərh     Baxış: 3 154
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əksər insanlar həyatı boyu möcüzə gözləyər. Onlar uğur qazanmaq haqqında daim düşünsələr də zəhmət, əzm, mübarizə etmək kimi xüsusiyyətləri ağıllarından keçirməzlər. Bütün uğurlu insanların həyatına nəzər salanda görürük ki, onlar ilk öncə nə istədiklərinə qərar vermiş, sonunda nə olur olsun, çətin əziyyətlər olmasına baxmayaraq, ruhdan düşməmiş və sonsuz istək, zəhmət və mübarizənin nəticəsində məqsədələrinə çatmışlar.

Beləliklə, bügun sizə növbəti uğur hekayəsini təqdim edirik. Hansıkı, bu insanın Çin iqtisadiyyatına və internet sənayesinə, eyni zamanda dünyaya təsiri yüksək olmuşdur. Bu, Jack Ma-nın hekayəsidir.

Jack Ma kimdir?

Jack Ma elektron ticarət nəhəngi olan Alibaba-nın qurucusu və CEO-su və electron ödəniş portal olan Alipay şirkətində şərikdir. Jack Ma kimi tanınan Ma Yun (10 sentyabr, 1964 təvəllüdlü) 2017 ci ilin sentyabr ayından etibarən 39.2 milyard ABŞ dollar sərvətlə Çin və Asiyadakı ən zəngin insanlardan biridir.

Milli.Az moneta.az-a istinadən bildirir ki, Ma Çinin Hangzhou şəhərində anadan olmuşdur. Ma, uşaqlıq illərindən ingilis dilini öyrənməyə çox həvəsli idi. Ma, gənc yaşlarından ingilis dilində təhsil almağa başladı. 1972 ci ildə keçmiş ABŞ prezidenti Richard Nixon-un Hangzhouya səfərindən sonra Ma-nın doğulduğu şəhərdə turizmin vəziyyəti yaxşılaşdı və Ma bu fürsətdən yararlanmağa qərar verdi. O, ingilis dilini təkmilləşdirmək üçün gündəlik evindən velosipedlə 70 dəqiqəlik məsafədə yerləşən Hangzhou beynəlxalq otelə gedib gəlməyə başladı. O, ingilis dilini təkmilləşdirmək üçün gündəlik pulsuz olaraq otelə gələn qonaqlar üçün şəhər kənarı turlar təşkil edəcəkdi. O, bunu 9 il etdi. Bu illərdə turustlərdən biri Çin adlarının tələffüzündə çətinlik çəkdiyindən Ma Yuna "Jack" ləqəbini verdi.

Rədd edilmək, uğursuz olmaq demək deyil. Daha sonra Ma gənclik dövründə kollecə gedərək mübarizə etdi. Çində qəbul imtahanları ildə bir dəfə keçirilirdi və Ma-ya bu imtahanı keçmək 4 ilə başa gəldi. Bundan sonra Ma Hangzhou Müəllimlər İnsitutuna qəbul oldu və 1988 ci ildə ordan ingilis dilində məzun oldu. Ma məktəb illərində, şagirdlər şurasının başçısı idi. Məzun olduqdan sonra Ma, Hangzhou Dianzi Universitetində aylıq 12 dollar məvaciblə İngilis və beynəlxalaq ticarət müəllimi kimi çalışmağa başladı. Daha sonra Pekin şəhərində yerləşən Cheung Kong Biznes İnstitutuna qəbul oldu və 2006-cı ildə məzun oldu.

Jack Ma erkən yaşlarından bir çox imtahanlarda uğursuz olur. Həyatı boyu Ma, məktəb və univeristet imtahanlarında kəsilir və bir çox iş müraciətlərində uğursuz olur. Amma bütün bunlar Ma-nı qorxutmur və ruhdan salmır. O, əmin addımlarda davam edir və sonda dünyanın ən nəhəng elektorn ticarət şəbəbkələrindən biri olan Alibaba-nı qurur.

Qeyd etdiyimiz kimi, Ma-nın uğursuzluğu ibtidai məktəb illərindən başlayır. O, ibtidai məktəbdə imtahanlardan bir neçə dəfə kəsilir. Orta məktəb imtahanlarında da bir neçə dəfə uğursuz oldu. O, univeristetə düz 4 ildən sonra qəbul ola bildi. Hətta o, Harvard Univeristetinə qəbul olunmaq üçün 10 dəfə müraciət etmiş və hər dəfə rədd cavabı almışdır. Bunlar hələki Ma-nın təhsil illərindəki uğursuzluqları idi.

Tələbəlik illərində və məzun olduqdan sonra Jack bir çox yerlərə iş üçün müraciət etdi. Lakin 30 dəfədən çox rədd cavabı aldı. Hətta Jack iş müsahibələrinin birində xatırlayır: KFC Çinə yeni gələndə iş üçün 24 nəfər müraciət etdi və ondan başqa 23 nəfər işə qəbul olundu və Jack yenə rədd cavabı aldı.

Polis olmaq üçün müraciət edir. 5 adamın müraciət etdiyi vakansiyaya 4 nəfəri götürürlər, Jack Ma qıraqda qalır.

Həmçinin, Jack sahibkarlıq fəaliyyətlərinin ilk cəhdlərində də dəfələrlə uğursuz oldu. Amma, bütün bu uğursuzluqlar Ma-nı məqsədinə çatmaqdan uzaqlaşdıra bilmədi.

Alibaba.com-u qurduqdan sonra da bir çox Çinli bank, investor ona maliyyə yardımı etməyi qəbul etmir. Bütün yaşadıqlarına baxmayaraq, qorxmayan Jack Ma bunu normal qarşılayır və hədəfə bağlılığı nəticəsində sonda arzusunu reallaşdıra bilir.

Jack Ma- nın dirilməsi

Onun müsahibələrniin birində, onun rədd edilməyi haqqında soruşulanda Ma deyirdi:

"Bəli, buna alışmalıyıq. Biz o qədər yaxşı deyilik".

Rəddlərin ağrısını aradan qaldırmaq və imtinaların ona böyümək üçün imkanlar açdığı kimi davranaraq Ma məqsədinə çata bildi.

Nəhayət, bütün imtina və uğursuzluqları ilə razılaşdıqdan sonra, Ma 1995 ci ilin mayında yol qovşağının tikintisi ilə bağlı bir hökümət layihəsi üçün ABŞ-a səfər etdi. Bu, Ma-nın ilk dəfə internet və komputerlərlə tanışlığı oldu. Çində o zamanlar komputerlərə olduqca nadir hallarda rastlanırdı və internet və e-maillər demək olar ki, mövcüd deyildi.

Ma-nın internetdə axtardığı ilk söz "pivə" sözü oldu və o, bir neçə ölkə üzrə nəticələr çıxardı, Çinə aid heç ne tapmadı. Daha sonra o, Çin axtarışını etdi və heç bir nəticə çıxmadı. Və elə bu zaman Jack Ma-ya ideya gəldi və o qərar verdi- Çinin və xalqın artıq internetə çıxma vaxtıdır.

İlk iki cəhdi uğursuz olmasına baxmayaraq, dörd il sonra 17 dostunu mənzilinə topladı və onları "Alibaba" adlandırdığı bir onlayn bazarda özünə və onun ideyasına inandırdı.

Jack Ma 17 nəfərlik işçi heyəti ilə Alibaba.com-u istifadəyə versə də, ilk illərdə ərzində saytdan heç bir gəlir götürə bilmədi. Bir müddət sonra o, bütün dünyadan üzvlər cəlb etməyə başladı. 1999-cu ilin oktyabrına qədər şirkət Goldman Sachs-dan 5 milyon dollar və texnologiya şirkətlərinə investisiya qoyan Yaponiyanın "SoftBank" şirkətindən 20 milyon dollar həcmində investisiya aldı.

2005-ci ildə, Yahoo şirkətin təxminən 40% payına qarşı Alibaba-ya 1 milyard dollar sərmayə qoydu. Bu, Alibaba üçün çox böyük investisiya idi və Çində eBay-ə zərbə vurmağa çalışırdı və o da Yahoo üçün böyük bir qələbə olardı.

Ma icraçı sədr olaraq qalır. O, 2013-cü ildə CEO vəzifəsindən ayrıldı. Şirkətin 150 milyard dollarlıq IPO-su Nyu-York Fond Birjası tarixindəki şirkət üçün ən böyük təklif idi. Bu da Ma-nı Çinlilərin ən zəngin adamı etdi.

2016-cı ildə sayt 24 saat ərzində təxminən 18 milyard dollarlıq satış rekordu qeydə almışdır.

Yaratdığı e-ticarət saytına Alibaba adını qoymağının səbəbi isə bu adın qlobal bir ad olması və A hərfi ilə başlamasından irəli gəlir. A hərfi axtarış sistemlərində ilk sırada çıxmaqlarına kömək edə bilərdi.

Bu gün isə saytın 800 milyon istifadəçisi var və hər gün 100 milyon insan saytı ziyarət edir. Jack Ma isə alibaba sayəsində dünyanın ən zəngin insanları arasında qərar tutub.

Özünüzə inanaraq, çətinliklər üzündən ruhdan düşmədən, onlardan nəticə çıxararaq , imtina və uğursuluqları analiz edərək məqsədlərinizə doğru irəliləyin. Necə ki, Jack Ma və digərləri belə etmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.