Maraqlı

Gənclərin Mark markası

15 Aprel 2018 23:35
0 Şərh     Baxış: 442

Facebookun Cambridge Analytica agentliyi ilə yaranan böhranı Markın çox ağır itkilərlə üzləşməsinə səbəb oldu. Belə ki, bir neçə gün öncə dünyanın ən varlı şəxsləri arasında ilk #5-likdə yer alan Mark Zuckerberg artıq 2.18 milyard dollar itirərək #7-ci pilləyə enmişdir. Ümumilikdə isə il ərzində (YTD) o artıq 7.71 milyard dollar itirib.

Markın New York Times Agentliyinə verdiyi reportajda o, indiyənə kimi yaranan böhranla bağlı silinən hesabların (facebook profillərin) onu narahat etmədiyini bildirməsi düşünürəm ki, onun bir neçə gündə daha çox itkiyə məruz qalmasına səbəb olacaqdır.

Milli.Az moneta.az-a istinadən bildirir ki, ümumilikdə hamı düşünür ki, bu dəqiqə nə baş verir? Qeyd edim ki, əslində bu hadisə ümumilikdə insanlara bir mesajdır. Hansı ki, bu mesajın hansı nəticələrə gətirib çıxaracağını demək çox çətindir.

Ümumilikdə sosial şəbəkələrdə insanların bütün məlumatlarının depolanması və bu məlumatların müxtəlif vaxtlarda müxtəlif məqsədlər üçün istifadə olunması və ya istifadə olunmaq üçün saxlanılması heç kəsə sirr deyil. Lakin belə bir sual ortaya çıxır...

Facebook ilə yanaşı insanlar daha neçə sosial şəbəkələrdən aktiv istifadə edirlər?

Onlar bu sosial şəbəkələrdə hansı səviyyədə təhülkəsizlklə təmin olunduqlarını bilirlərmi?

Ümumiyyətlə istifadə etdikləri mobil smartfonların (IOS, Andorid və d əməliyyat sistemli) onların nə qədər məlumatlarını daşıdıqlarını xəbərdardılarmı?

Əlbətdəki yox! Sadəcə insanlar, yaranan bu böhrana köklənərək yalnız Facebook-un onların məlumatlarını ötürdüyünü və təhlükəsiz olmadığını düşünüb öz profillərini silirlər.

Mark dünyada ən gənc milyarderdir. Düzü deyim ki, o milyarder olmağın yaşla əlaqəli olmadığını və insanın çox gənc ikən belə uğurlara, yeniliklərə imza atmağa qadir olduğuna nümunə olan bir şəxsdir. Çox gəncin brend (marka) olaraq gördüyü Mark bu gün çox böyük problemlə qarşı-qarşıyadır. Bu problem onu bu günə kimi qazandıqlarını itirməyə səbəb ola bilsə də, əslində ona çox böyük uğur da qazandıra bilər. Düşünün ki, 4-5 ildən sonra o böyük bir böhranı atlamış və daha da zəngin bir şəxs ola bilər.

Nə baş verəcəyindən asılı olmayaraq, onun hal-hazırda hansı hisslər yaşadığını və ümumiyyətlə bu böhrandan çıxış üçün nə etdiyini təsəvvür etmək çətindir. Lakin mən bir gənc olaraq, çox hissəsi yaşlı olan maqnatlar arasında gənclərin də olmasını istəyirəm. Bu səbəbdən həmyaşıdım olan Marka bu böhrandan üzü ağ çıxmağı, itirdiklərini geri qaytarmağı arzulayıram. Çünki onun 2004-cü ildən yaratdığı sosial şəbəkə nəinki rəqəmsal dünyaya, hətda cəmiyyətə çox böyük dəyərlər bəxş edib.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.