Maraqlı

David Rokfellerdən 20 sitat

15 Aprel 2018 22:35
2 Şərh     Baxış: 3 555

David Rokfeller 12 İyun 1915-ci ildə doğulub. Amerikalı bankir və iş adamı kimi tanınıb. "Dünya imperatorluğu" və "Yeni dünya nizamı" kimi ifadələri ilə diqqət çəkib.

Milli.Az motivasiya.com-a istinadən bildirir ki, Rokfeller 100 yaşına çatan zaman "200-cü ad günümü qeyd etmək istəyirəm "demişdi. Qeyd edək ki, David Rokfeller 2017-ci ilin 20 martında 102 yaşında vəfat etmişdir.

Moneta.az David Rokfellerin məşhur 20 sitatını təqdim edir:

1. Mən 100 insanın zəhmətinin 1%-dən gəlir əldə etməyi daha üstün tutardım, nəinki təkcə öz zəhmətimdən 100% gəlir.

2. Bütün günü işləyən insan, heç zaman pul qazana bilməz.

3. Özünüzə reputasiya qazanın və o, sizin üçün işləyəcək.

4. İnadkarlıq sayəsində hər şey, istər yaxşı olsun ya pis, istər düzgün olsun ya yanlış, sizin üçün əlçatan olacaq.

5. Biznes üzərində qurulmuş dostluq, dostluq üzərində qurulmuş biznesdən daha yaxşıdır.

6. İnsanlarla rəftar etmək bacarığı bir məhsuldur - necə ki qəhvə və ya şəkəri bazardan almaq mümkündür, eləcə də bu məhsulu orda ala bilərsən ... və mən belə bir bacarığa görə dünyadakı hər şeydən daha çox pul ödəməyə hazıram.

7. Zarafat etməyi və borc almağı qəfil etmək lazımdır.

8. Əgər sizin yeganə məqsədiniz varlı olmaqdırsa, onda siz heç zaman ona nail ola bilməyəcəksiniz.

9. Mənə düşünən deyil, işləyən xalq lazımdır.

10. Pul qazanmağın üsulu odur ki, küçələrdə qan töküldüyü vaxtda almağı bacarasan.

11. Məndə bir duyğu var ki, mən ona görə uğur qazanır və hər yerdə gəlir əldə edirdim ki, çünki Allah bilirdi ki, mən bunun qarşılığını tam ödəyəcəyəm.

12. Yaxşı idarəetmə üsulu özünü ondan göstərir ki, orta səviyyəli insanlara yüksək səviyyəli peşəkarların işini necə görməyi göstərə biləsən.

13. Mən həmişə hər bir uğursuzluğu yeni bir imkana çevirməyə çalışmışam.

14. Mən yəqin ki, işə daha çox təşəbbüskar olan insanı götürərdim, nəinki hər şeyi biləni.

15. Mən düşünmürəm ki, istənilən bir peşə sahəsində istənilən növ uğur qazanmaq üçün hər hansı bir digər keyfiyyət inadkarlıq qədər vacib olsun.

16. Mənim fikrimcə bütün gününü və özünü bütünlüklə pul xətrinə pul qazanmağa sərf edən insan qədər cılız və yazıq məxluq yoxdur.

17. Mən heç zaman həyatda hansı mövqe tutacağımı və nəçi olacağımı təxmin etmirdim, amma həmişə bilirdim ki, böyük bir işdən ötrü doğulmuşam.

18. Böyük xərclərdən qorxmaq lazım deyil, qorxmalı olduğunuz kiçik mənfəətlərdir.

19. Bilirsiniz, həyatda mənə ən çox zövq verən nədir? Sərf etdiyim əməyin necə dividend gətirdiyini görmək.

20. Sizin rifahınız özünün verdiyi qərarlardan asılıdır

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Nn · 15 Aprel 22:4210

    Qəti yalandır.nə qərar nə zad.insan mə qədər istəsə varlı ola bilməz.onu verən allahdır.sənə də o böyiük yaradan vermişdir

    Cavab yaz
  • Anonim
    $.$.$. · 16 Aprel 06:1310

    Allahın huzurunda naxışın varsa hər şey alınacaq. yoxdursa ... Allah sənə kömək olsun!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.