Maraqlı

Bu simptomlar infarktın yaxınlaşmasını göstərir

15 Aprel 2018 22:15
1 Şərh     Baxış: 2 395

İnfarkt keçirmiş insanların bir çoxu sağalmağa başlayanda həkimlərlə söhbətlərdə xatırlayırlar ki, infarktdan bir müddət əvvəl onlarda bəzi kiçik pozulmalar əmələ gəlirdi.

Məhz belə cüzi pozulmalar bir çox hallarda infarktın yaxınlaşmasına işarə edirdi, lakin insanlar onlara fikir vermirdi və həkimə müraciət etmirdi. Nəticədə isə...

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, ABŞ alimləri infarkt keçirmiş insanların iştirakı ilə geniş araşdırma aparıblar. Araşdırma zamanı infarktdan bir neçə ay əvvəl xəstələrin səhhətində baş verən dəyişikliklər haqqında məlumat toplanırdı. Məlum olub ki, infarkt keçirmiş bir çox insanlarda xəstəxanaya düşdükdən bir müddət əvvəl bəzi oxşar simptomlar meydana çıxırdı:

1. Artan və ya təzə əmələ gəlmiş təngənəfəslik. Məsələn, insan birdən-birə hiss edirdi ki, hər gün qalxdığı pilləkəni artıq çətinliklə qalxır və ya piyada az bir məsafə keçəndən sonra təngənəfəs olur.

2. Uzunsürən, sağalmayan soyuqdəymə. Qan dövranı pozulduqda insan orqanizmi zəifləməyə başlayır ki, insan tez-tez soyuqdəymə xəstəliklərinə tutulur və ya sağalma çox uzun çəkir.

3. Sinədə yüngül ağrılar. İnsanlar adətən buna fikir vermir. Lakin həkimlər sinədə istənilən ağrılara qarşı daha diqqətli olmağa çağırır.

4. Yorğunluq. Səbəbsiz yorğunluq, günorta vaxtı yuxulu olmaq, gecə vaxtı isə əksinə yuxusuzluq infarktın yaxınlaşmasına işarə edə bilər.

5. Başgicəllənməsi. Başgicəllənməsi tez-tez təkrarlanırsa, diqqətli olun. Bu da çox ciddi simptomdur.

Milli.Az

Şərh yaz:

1 Şərh:

  • Anonim
    1988Jale · 15 Aprel 23:0600

    Bunlarin hamisi mende var

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.