Maraqlı

Ahıllara kömək edən robot

15 Aprel 2018 23:15
1 Şərh     Baxış: 750
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CT Robotics şirkəti tərəfindən yaşlı insanlarla söhbət etmək və onlara gündəlik həyatda köməkçi olmaq üçün yaradılan Dinsow adlı robotun kütləvi istehsalına başlandı. Robotun qiyməti isə 2500$-dır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Yaponiyada olduğu kimi, əhalinin sürətlə yaşlanması təhlükəsilə qarşı-qarşıya qalan Taylandda 2030-cu ilə əhalinin 19%-nin 65 yaşdan yuxarı olacağı ehtimal edilir. Yaşlı əhalinin gündəlik həyatda yaşayacağı problemləri həll etmək üçün isə, ölkədə robot istifadəsi sürətlə artır. Taylandın aparıcı təhsil təşkilatlarından Çulalonqkorn Universitetinin məzunları tərəfindən qurulan və bölgədəki bir çox robot yarışmasında müsbət nəticələr əldə edən Dinsow adlı robotla yaşlı əhaliyə kömək etmək planlaşdırılır.

2009-cu ildə Banqkokda qurulan şirkət ilk dəfə 2014-cü ildə tanıtdığı Dinsowun kütləvi istehsalına başlamağa hazırlaşır. Hal-hazırda Yaponiyadakı və Taylanddakı bəzi qocalar evində istifadə edilən Dinsow; yaşlılarla söhbət edir, onlara dərmanlarını xatırladır, qohum və yoldaşları ilə ünsiyyətə keçmələrini təmin edir. Yaşlıları yaxından izləyən Dinsow, 1 saatdan çox hərəkətsiz qalan (yaymaqdan başqa) yaşlılarla əlaqədar tanışlarına məlumat da verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.