Maraqlı

Xəstəlikləri müəyyən edən süni zəka

15 Aprel 2018 20:45
0 Şərh     Baxış: 818

Yeni yaradılan süni zəka proqramı fərdlərin gözlərini yoxlayaraq gözlərdə əlamət bildirən xəstəlikləri müəyyən edir.

Son illərdə süni zəkaların kifayət qədər inkişafından sonra istifadə sahələrinin sərhədi görünmür. Yeni yaradılan süni zəka fərdlərin göz şəkillərinə baxaraq mütəxəssis həkimə ehtiyac duymadan xəstəliyin diaqnozunu qoyacaq.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, hətta yeni süni zəka yoxlama vasitəsi ABŞ Qida və Dərman İdarəsinin təsdiqini alaraq həkimə ehtiyac duymadan rəsmi nəticələr də verə biləcək.

Tibb bacısı və ya həkim tərəfindən yüklənən göz fotoşəkillərini araşdıran süni zəka, IDx-DR proqram alqoritminə görə, fərdlərin sahib olduğu xəstəliklərin sənədini verir.

IDx-DR alqoritmini istifadə edən süni zəka 900-dən çox şəkilin istifadə edildiyi klinik işlərdə xəstələrə 87%-lik nisbətdə doğru diaqnoz qoymağı bacardı.

Hələlik yeni proqramın göz mütəxəssisi olmayan tibb bacısı və həkimlərin klinik hesabatlar verməsini təmin etmək üçün istifadə etməni məqsəd qoyurlar. 

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.